Meksikadakı hava şəraiti Rosberqə mane olub

Niko Rosberq bildirib ki, Meksika yarışında trasdakı şəraitə görə geridə qalıb.

F-1.az xatırladır ki, almaniyalı sürücü son iki yarışı qazanan Lyuis Həmiltonu 19 xal qabaqlayır.

Rosberq bildirib ki, hamı onun və Həmiltonun performansını çox müzakirə edir. 31 yaşlı sürücü bildirib ki, Meksika yarışı Həmiltonun hegemonluğunun başladığı mənasına gəlmir. Əksinə, Rosberq bildirib ki, soyuq havanın hakim olduğu Meksikada təkər dəyişdirmək bütün sürücüləri pis vəziyyətdə qoyub: “Komanda pərdə arxasında heç bir işlə məşğul deyil. Meksikadakı yarış fərqli idi, çünki təkərlər bütün həftəsonu ərzində soyuq idi. Bu da bolidi aqressivləşdirirdi”.

Rosberq bildirib ki, Meksikada təkərləri qorumalı olduğu üçün yüksək tempdə gedə bilməyib: “Yaxşı yarışmaq üçün təkərlərə nəzarət edirik. Biz bilirdik ki, təkərlərlə trasda çox qalmalıyıq və buna görə də ancaq sonda yüksək templə gedə bildim”.

Rosberq bilir ki, Braziliyada qalib gəlsə, çempion olacaq, amma almaniyalı son iki yarışa da əvvəlki kimi hazırlaşacaq: “Hazırkı vəziyyət çox gözəldir, amma mən bu iki yarışa da əvvəlki kimi hazırlaşacam. Bu hal mənim ən yaxşı performansımı göstərməyə məcbur edir. Növbədə iki yarış var və bu idmanda hər şey mümkündür. Buna görə də, boş yerə güc sərf etmək istəmirəm. Mən sadəcə anı yaşayıram. Braziliyada qələbə üçün yarışacam”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*