Meksikada tamaşaçı sayında rekord təzələnib

Keçən il 23 illik fasilədən sonra təqvimə qayıdan Meksika Qran Prisi ən çox azarkeş axınına səbəb olan yarışlardan biridir.

F-1.az xatırladır ki, keçənilki yarışı 3 gündə ümumilikdə 336 174 tamaşaçı izləmişdi. Bu il isə tamaşaçı sayı daha da artıb. Tribunalarda cümə günü 91 243, şənbə günü 113 698 və bazar günü 135 026 nəfər olmaqla, ümumilikdə 339 967 tamaşaçı olub.

Alexandro Soberon, Meksika Qran Prisinin promouteri: “Yerli və bütün qitələrdən gəlmiş azarkeşlər bizdə xoş təsir yaradıblar. Keçən illə müqayisədə daha yaxşı statistikaya nail olmaq xoşdur və bu, Meksikada və bütün dünyada Formula1-ə olan marağın göstəricisidir. Həftəsonu boyunca mənə bu qədər insanın yarışlara gəlməsinin səbəbini soruşurdular, mən isə cavabımda deyirdim ki, bizim strategiyamız çox sadədir: Formula1 böyük bir tamaşadır, şoudur. İnsanlar burada əylənməli və heç kim məyus getməməlidir. Sürücülər, komanda rəsmiləri və bu idmanın rəhbərliyi gördüyümüz işlər və təşkilatçılığımız barədə müsbət fikirlər səsləndiriblər. Mən də öz növbəmizdə bizə kömək edən tərəfdaşlara təşəkkür etmək istəyirəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*