Meksikada bolid də podiuma yüksələcək

Meksika yarışından sonra podiumda üç sürücü ilə yanaşı qalib olan bolid də olacaq.

F-1.az xatırladır ki, Meksika yarışından sonra qələbə start düzlüyündə yox, stadion bölgəsində edilir və buna görə də buradakı podium mərasimi digərlərindən zəifdir.

Bu il isə podiuma gizli lift sistemi qoyulub. Sürücülər qələbədən sonra müsahibə verərkən qələbə qazanmış bolid liftlə podiuma qaldırılacaq. Podiuma əvvəlcə üçüncü və ikinci yeri tutan sürücülər çıxacaq. Daha sonra isə Formula1-in himni ilə qalib gələn sürücü və bolid səhnəyə yüksəldiləcək.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*