F-1.az xatırladır ki, ölkənin ərazisində Rixter şkalası üzrə 7.1 bal gücündə baş verən zəlzələ nəticəsində dağıntılar və insan tələfatı var. Oktyabrın 29-da trasda baş tutacaq yarış ərəfəsində yarışın promouterləri qorxmağa heç bir əsasın olmadığını bildiriblər…
Məlumatda deyilir: “Belə güclü zəlzələdən sonra sertifikatlı mütəxəssislər trası və avtodromun binalarını təftiş ediblər.
Trasın, stasionar tribunaların, pit binasının, media mərkəzin və tibbi mərkəzin heç bir struktur zədələnməsi müəyyən edilməyib. Avtodrom Qran Prini qəbul etməyə tam hazırdır”.