Alexandro Soberon: “Bobbinin ABŞ Qran Prisi ilə bizim yarışı ayırmaq üçün əla ideyası var, lakin mən hesab edirəm ki, məhz onların mərhələsini iyuna keçirmək lazımdır. Kanada və ABŞ yarışlarının ardıcıl keçirilməsi daha ağlabatan olardı. Hər iki ölkə sıx əməkdaşlıq edə, azarkeşlərə hər iki yarışa biletin də daxil olduğu xüsusi xidmət paketləri təqdim edə bilərlər. İyun ayı yağışlar mövsümü olduğundan, bizi həmin aya salmaq düzgün deyil. Həftəsonu boyunca yağış yağması az adamın xoşuna gələr. Bobbiyə simpatiyam var, amma yarışın vaxtını dəyişə bilmərik. Meksika Qran Prisi əsl festivaldır və təqvimdəki yerimizdən tam razıyıq”.
Soberon əlavə edib ki, 2018-ci ildə Formula1 ilə müqaviləni uzatmaq üçün danışıqlara başlamaq niyyətindədirlər: “Artıq üç yarış keçirmişik və müqavilənin uzadılması barədə müzakirələrə başlamalıyıq. Yarışın təşkili ölkə iqtisadiyyatına müsbət təsir göstərir. Gələn il ölkəmizdə seçkilər olacaq və yeni hökumət formalaşdırılacaq. Biz onlarla birlikdə Formula1-in sahibləri ilə əməkdaşlığın davam etdirilməsinin mümkünlüyü barədə danışmaq niyyətindəyik”.