Meksika Qran Prisinə biletlər qurtarmaq üzrədir

Biletlər keçən il olduğu kimi sürətlə satılır.

F-1.az xəbər verir ki, keçən il uzun fasilədən sonra təqvimə qayıdan Meksika Qran Prisinə maraq böyük olmuş, tribunalara 3 gün ərzində ümumilikdə 336 min azarkeş gəlmişdi. Yarışın təşkilatçıları bunu nəzərə alaraq tribunaların azarkeş tutumunu 150 minə qaldırıblar.

Yarışın promouteri Rodriqo Sançes bilet satışının yaxşı getdiyini təsdiq edib: “Bəli, satış yaxşıdır. Tribunalarımızda daha çox yer var. Hər 3 gündə bütün oturacaqların dolu olacağına inanıram. İki meksikalı sürücümüz var. Keçənilki təşkilatçılığımız da kifayət qədər uğurlu olmuşdu. Beşillik müqaviləmiz var, lakin biz bununla kifayətlənmək istəmirik. Meksika Qran Prisinin klassik yarışlar sırasına daxil olması üçün çalışırıq…”

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*