F-1.az xəbər verir ki, oktyabrın sonunda Meksika Qran Prisinin ikinci sərbəst yürüşləri də bir saat yarım davam edəcək. Komandalar 2025-ci il mövsümü üçün Pirelli təkər prototiplərini sınaqdan keçirmək məqsədilə əlavə otuz dəqiqə əldə edəcəklər.
Saat qurşaqları arasındakı fərqi nəzərə alsaq, Meksika Qran Prisinin ikinci cümə sərbəst yürüşləri Bakı vaxtı ilə şənbə gecəsi saat 03:30-da başa çatacaq.