F-1.az bildirir ki, hər üç məşqdə ən sürətli sürücü Maks Ferstappen olub. Lakin nəticələrin sıx olması da gözdən qaçmayıb.
Pirelli bura ən yumşaq üçlüyü – C3, C4 və C5 tərkiblərini gətirib.
İlk sessiyada Mercedes, Ferrari və McLaren sürücüləri Medium, qalanları isə Soft təkərlərlə mübarizəyə başlayıb. Lakin ikinci cəhdlərdə hamı ən yumşaq tərkiblərə üstünlük verib. Nəticələr getdikcə yaxşılaşıb. Sarcentin nəticəsi trasdan tam çıxdığı üçün ləğv edilib və o, heç bir nəticə göstərə bilməyib – yarışa çıxması üçün stüardların razılığına ehtiyac olacaq.
Alonso sessiyanın sonlarında yerində fırlanaraq ilk sektorda sarı bayraqlara səbəb olub və bir çox sürücü sürətli dövrəsini vura bilməyib. Sarcent, Norris, Stroll, Manqussen və Okon üçün şənbə günü başa çatıb.
İkinci sessiya başlamazdan əvvəl Həmilton, Sarcent və Tsunodanın sarı bayraqlar altında yavaşlamadıqları üçün, Rassell, Norris və Çjounun isə olduqca yavaş davrandıqları üçün sıralanma turundan sonra araşdırılacaqları bildirilib. Bu dəfə hamı Soft təkərlərlə başlayıb. Həmilton 1:17.571 ilə ən sürətli olub. Tsunoda, Elbon, Alonso, Hülkenberq və Qasli ilk onluğa düşə bilməyiblət.
Son sessiyada yenə hamı yumşaq təkərlərlə trasa çıxıb. Lekerlin ilk cəhdi uğurlu alınıb – 1:17.166.Ferstappensəkkizinci döngədə bordürlərə hücumdan sonra maşnın altlığının yoxlanılmasını xahiş edib. Niderlandlı sürücü ikinci cəhdində yalnız üçüncü olan nəticəsini yaxşılaşdırmaqla kifayətlənib.
Şarl Lekler ardıcıl ikinci, mövsümdə dördüncü, karyerasında isə 22-ci poulunu əldə edib. Sabahkı yarışa onun yanından komanda yoldaşı Karlos Sayns başlayacaq. Onların arxasındakı cərgədə isə Maks Ferstappen və sürprizə imza atmış Daniel Rikkardo qırmızı işıqların sönməsini gözləyəcəklər.
Bizi sabah çox maraqlı yarış gözləyir…
Yer | N | Sürücü | Komanda | 1-ci sessiya | 2-ci sessiya | 3-cü sessiya | |||||
Yer | Zaman | Dövrə | Yer | Zaman | Dövrə | Zaman | Dövrə | ||||
1 | 16 | Şarl Lekler | Ferrari | 4 | 1:18.401 | 5 | 6 | 1:17.901 | 6 | 1:17.166 | 6 |
2 | 55 | Karlos Sayns | Ferrari | 8 | 1:18.755 | 5 | 10 | 1:18.382 | 6 | 1:17.233 | 6 |
3 | 1 | Maks Ferstappen | Red Bull | 1 | 1:18.099 | 6 | 2 | 1:17.625 | 3 | 1:17.263 | 6 |
4 | 3 | Daniel Rikkardo | AlphaTauri | 3 | 1:18.341 | 3 | 4 | 1:17.706 | 6 | 1:17.382 | 6 |
5 | 11 | Serxio Peres | Red Bull | 6 | 1:18.553 | 6 | 8 | 1:18.124 | 4 | 1:17.423 | 6 |
6 | 44 | Lyuis Həmilton | Mercedes | 7 | 1:18.677 | 6 | 1 | 1:17.571 | 6 | 1:17.454 | 6 |
7 | 81 | Oskar Piastri | McLaren | 2 | 1:18.241 | 6 | 5 | 1:17.874 | 6 | 1:17.623 | 6 |
8 | 63 | Corc Rassell | Mercedes | 12 | 1:18.893 | 7 | 3 | 1:17.673 | 6 | 1:17.674 | 6 |
9 | 77 | Valtteri Bottas | Alfa Romeo | 5 | 1:18.429 | 5 | 7 | 1:18.016 | 6 | 1:18.032 | 6 |
10 | 24 | Quanyu Çjou | Alfa Romeo | 15 | 1:19.016 | 6 | 10 | 1:18.440 | 6 | 1:18.050 | 3 |
11 | 10 | Pyer Qasli | Alpine | 13 | 1:18.945 | 9 | 11 | 1:18.521 | 6 | ||
12 | 27 | Niko Hülkenberq | Haas | 14 | 1:18.969 | 6 | 12 | 1:18.524 | 6 | ||
13 | 14 | Fernando Alonso | Aston Martin | 10 | 1:18.848 | 8 | 13 | 1:18.738 | 6 | ||
14 | 23 | Aleksander Elbon | Williams | 9 | 1:18.828 | 6 | 14 | 1:19.147 | 6 | ||
15 | 22 | Yuki Tsunoda | AlphaTauri | 11 | 1:18.890 | 7 | 15 | – | 4 | ||
16 | 31 | Esteban Okon | Alpine | 16 | 1:19.080 | 6 | |||||
17 | 20 | Kevin Maqnussen | Haas | 17 | 1:19.163 | 9 | |||||
18 | 18 | Ləns Stroll | Aston Martin | 18 | 1:19.227 | 9 | |||||
19 | 4 | Lando Norris | McLaren | 19 | 1:21.554 | 6 | |||||
20 | 2 | Loqan Sarcent | Williams | 20 | – | 6 |