Meksika-2023: Ferstappen Prosta çatıb

Mexikoda ardıcıl 3 Amerika yarışı arasında sprint formatının olmadığı yeganə həftəsonu baş tutub.

F-1.az bildirir ki, buna görə də, komandalar əsas yeniliklərini məhz burada yoxlayıblar, baxmayaraq ki, Rodrigez qardaşları adına tras dəniz səviyyəsindən olduqca yüksəkdə yerləşir və ekstermal şəraitlər bəxş edir.

Hər 3 məşqdə protokollara başçılıq edən Maks Ferstappen sıralanma turunda Ferrari-dən olan həmkarlarına uduzub – Şarl Lekler uzun müddətdir qələbə qazana bilməsə də, poulları sıralayır.

Yarışa ən öndən Ferrari sürücüləri, ikinci cərgədən Ferstappen və Rikkardo, üçüncü cərgədən isə Peres və Həmilton başlayıblar. Pirelli bura ən yumşaq üçlüyü – C3, C4 və C5 tərkiblərini gətirib. Elbon və Okon sərt, Norris yumşaq, qalanları isə orta təkərlərlə start almağı üstün tutublar.

Startda Ferstappen əla reaksiya ilə liderliyə yüksəlib. Peres də yaxşı tərpənib, lakin ilk döngədə yol verdiyi səhv yarışın onun üçün erkən bitməsinə səbəb olub – Leklerlə toqquşan Peresin asılqanı qırılıb və boksa qayıdaraq yarışdan çəkilib.

Tras sürətli olsa da, ötmələr asan olmayıb. Hətta DRS ilə Rikkardoya hücumlar edən Həmilton uzun müddət onu keçməkdə çətinlik çəkib. Pit-stop dalğası 20-ci dövrənin əvvəllərində başlayıb.

Maqnussen 33-cü dövrədə qəzadan sonra asılqandakı nasazlığa görə yarışı yarımçıq dayandırıb. Qoruyucu sədd zədələndiyi üçün mübarizə qırmızı bayraqlarla dayandırılıb. Fasilə 22 dəqiqə davam edib.

Həmilton, Piastri, Rassell, Hülkenberq, Norris, Elbon, Okon və Sarcent yarışın qalan hissəsi üçün Medium, qalanları isə Hard təkərləri seçiblər. Ferstappen liderliyini qoruyub, Norris bir neçə yer itirib.

Piastri Rikkardoya hücum etməsi üçün daha sürətli komanda yoldaşını irəli buraxıb. Bottas və Strollun təması ikincinin yarışı yarımçıq dayandırması ilə nəticələnib. Alonso mexaniki problemlərə görə yarışdan çəkilib.

Yarışın qalan hissəsi sakit keçib. Son dövrədə isə Həmilton gözlənilmədən sürətli dövrə vuraraq əlavə 1 xalı özünə təmin edib.

Maks Ferstappen mövsümdə 16-cı qələbəsini qazanaraq bir mövsümdəki zəfər sayına görə yeni rekord müəyyən edib. Bu, niderlandlı sürücünün karyerasında 51-ci qələbədir və o, əfsanəvi Alen Prosta çatıb. Lyuis Həmilton ikinci olaraq Pereslə çempionatdakı fərqi yenidən azaldıb. Şarl Lekler isə üçüncü olaraq mövsümdə dördüncü poulunu qazanıb.

Mübarizə gələn həftə Braziliyada davam edəcək…

Yer N Sürücü Komanda Zaman Pit
1 1 Maks Ferstappen Red Bull 2:02:30.814 3
2 44 Lyuis Həmilton Mercedes +13.875 2
3 16 Şarl Lekler Ferrari +23.124 2
4 55 Karlos Sayns Ferrari +27.154 2
5 4 Lando Norris McLaren +33.266 3
6 63 Corc Rassell Mercedes +41.020 2
7 3 Daniel Rikkardo AlphaTauri +41.570 2
8 81 Oskar Piastri McLaren +43.104 2
9 23 Aleksander Elbon Williams +48.573 2
10 31 Esteban Okon Alpine +62.879 1
11 10 Pyer Qasli Alpine +66.208 2
12 22 Yuki Tsunoda AlphaTauri +78.982 2
13 27 Niko Hülkenberq Haas +80.309 2
14 77 Quanyu Çjou Alfa Romeo +81.676 2
15 77 Valtteri Bottas * Alfa Romeo +85.597 2

* – Strolla təmasa görə Rassellin nəticəsinə 5 saniyə əlavə edilib.

Sürətli dövrə: Lyuis Həmilton (Mercedes) – 1:21.334  (71-ci dövrə, 190.503 km/saat).

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Loqan Sarcent Williams 70 mexaniki problem
Ləns Stroll Aston Martin 66 qəza
Fernando Alonso Aston Martin 47 mexaniki problem
Kevin Maqnussen Haas 31 qəza
Serxio Peres Red Bull 1 qəza

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 1 Maks Fertappen Oracle Red Bull Racing 491
2 11 Serxio Peres Oracle Red Bull Racing 240
3 44 Lyuis Həmilton Mercedes-AMG PETRONAS F1 Team 220
4 55 Karlos Sayns Scuderia Ferrari 183
5 14 Fernando Alonso Aston Martin Aramco Cognizant F1 Team 183
6 4 Lando Norris McLaren F1 Team 169
7 16 Şarl Lekler Scuderia Ferrari 166
8 63 Corc Rassell Mercedes-AMG PETRONAS F1 Team 151
9 81 Oskar Piastri McLaren F1 Team 87
10 10 Pyer Qasli BWT Alpine F1 Team 56
11 18 Ləns Stroll Aston Martin Aramco Cognizant F1 Team 53
12 31 Esteban Okon BWT Alpine F1 Team 45
13 23 Aleksander Elbon Williams Racing 27
14 77 Valtteri Bottas Alfa Romeo F1 Team Stake 10
15 27 Niko Hülkenberq MoneyGram Haas F1 Team 9
16 22 Yuki Tsunoda Scuderia AlphaTauri 8
17 3 Daniel Rikkardo Scuderia AlphaTauri 6
18 24 Quanyu Çjou Alfa Romeo F1 Team Stake 6
19 20 Kevin Maqnussen MoneyGram Haas F1 Team 3
20 40 Lyam Louson Scuderia AlphaTauri 2
21 2 Loqan Sarcent Williams Racing 1

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Oracle Red Bull Racing Honda RBPT 731
2 Mercedes-AMG PETRONAS F1 Team Mercedes 371
3 Scuderia Ferrari Ferrari 349
4 McLaren F1 Team Mercedes 256
5 Aston Martin Aramco Cognizant F1 Team Mercedes 236
6 BWT Alpine F1 Team Renault 101
7 Williams Racing Mercedes 28
8 Scuderia AlphaTauri Honda RBPT 16
9 Alfa Romeo F1 Team Stake Ferrari 16
10 MoneyGram Haas F1 Team Ferrari 12
, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*