F-1.az xatırladır ki, cümə günü sərbəst yürüşlərdə əvvəlcə Karlos Sayns, sonra isə Corc Rassell hamını üstələyib. Britaniyalı sürücü dünən də protokollara başçılıq edib. O, uğurlu çıxışını sıralanma turunda da davam etdirib, lakin poulu Maks Ferstappenə verməli olub.
Pirelli buraya orta üçlüyü – C2, C3 və C4 tərkiblərini gətirib. Ferstappen, Peres, Sayns, Lekler, Tsunoda, Şumaxer, Fettel və Latifi start üçün Soft, qalanları isə Medium təkərləri seçiblər.
Yarışa ilk cərgədən Ferstappen və Rassell, ikinci cərgədən isə Həmilton və Peres başlayıb.
Startda Ferstappen liderliyini qoruyub, Həmilton və Peres Rasselli qabaqlayıblar. Lekler və Alonso Bottası keçib, Stroll 5 yer qazanıb, Norris isə 2 yer itirib. İkinci dövrədə ilk onluq: Ferstappen – Həmilton – Peres – Rassell – Sayns – Lekler – Alonso – Bottas – Okon – Norris.
Latifi 7-ci dövrədə Maqnusseni keçərək son pillədən qurtulub. Rikkardo isə Çjounu geridə qoyub. Qasli Strollu keçərkən onu trasdan çıxarıb. Stüardlar məsələni araşdırıblar və Pyerə 5 saniyəlik cəza verilib. Stroll 18-ci dövrədə pit-stop edib. Peres 24-cü dövrədə təkərlərini dəyişməyə gəlib, lakin onu ləngidiblər və trasa 6-cı yerdə qayıdıb.
Pit-stop dalğasına Şumaxer və Ferstappen qoşulub. Peres yeni təkərlərlə Lekleri geridə qoyub. Lekler, Həmilton, Sayns və Tsunoda da təzə təkərlərə keçib. İspan sürücü də ləngidilib. Onları Norris, Okon və Rassell izləyib. 36-cı dövrədə ilk onluq: Ferstappen – Həmilton – Peres – Rassell – Alonso – Bottas – Sayns – Lekler – Rikkardo – Çjou.
51-ci dövrədə Rikkardonun Tsunodaya hücumu qəza ilə nəticələnib. Yapon sürücü üçün yarış başa çatıb, Rikkardoya isə 10 saniyəlik cəza verilib.
Okon Qaslini, Sayns isə Bottası ötüb. Fettel, Elbon, Maqnussen, Bottas, Alonso və Qasli də pit-stop edib. Okon Bottası üstələyib. Rikkardo və Çjou da təkərlərini dəyişib. Daniel Valtterini də üstələyib. Çjou Fetteli geridə qoyub. Rikkardo 61 və 62-ci dövrələrdə Alpine sürücülərini də keçərək yeddinci yerə qədər yüksəlib.
Alonso 65-ci dövrədə güc qurğusundakı problemə görə yarışı dayandırmalı olub. VTM elan edilib. Qasli 69-cu dövrədə Elbon ilə mübarizədən qalib ayrılıb. Rassell 70-ci dövrədə Soft təkərlərə keçərək sürətli dövrəni vurub.
Beləliklə, Maks Ferstappen mövsümdə rekord göstərici olan 14-cü, karyerasında isə 34-cü qələbəsini əldə edib. Lyuis Həmilton ardıcıl iki yarışda podiumun iknci pilləsinə yüksəlib. Üçüncü yer isə doğma tribunalar önündə yarışan Serxio Peresin olub.
Mübarizə 2 həftə sonra Braziliyada davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman/Fərq | Mövqe |
1 | 1 | Maks Ferstappen | Red Bull | 1:38.36.729 | 1 |
2 | 44 | Lyuis Həmilton | Mercedes | + 0:15.186 | 1 |
3 | 11 | Serxio Peres | Red Bull | + 0:18.097 | 1 |
4 | 63 | Corc Rassell | Mercedes | + 0:49.431 | 2 |
5 | 55 | Karlos Sayns | Ferrari | + 0:58.123 | 1 |
6 | 16 | Şarl Lekler | Ferrari | + 1:08.774 | 1 |
7 | 3 | Daniel Rikkardo* | McLaren | +1 dövrə | 1 |
8 | 31 | Esteban Okon | Alpine | +1 dövrə | 1 |
9 | 4 | Lando Norris | McLaren | +1 dövrə | 1 |
10 | 77 | Valtteri Bottas | Alfa Romeo | +1 dövrə | 1 |
11 | 10 | Pyer Qasli | AlphaTauri | +1 dövrə | 1 |
12 | 23 | Aleksander Elbon | Williams | +1 dövrə | 1 |
13 | 24 | Quanyu Çjou | Alfa Romeo | +1 dövrə | 1 |
14 | 5 | Sebastyan Fettel | Aston Martin | +1 dövrə | 1 |
15 | 18 | Ləns Stroll | Aston Martin | +1 dövrə | 2 |
16 | 47 | Mik Şumaxer | Haas | +1 dövrə | 1 |
17 | 20 | Kevin Maqnussen | Haas | +1 dövrə | 1 |
18 | 6 | Nikolas Latifi | Williams | +2 dövrə | 2 |
* – Tsunoda ilə insidentə görə Rikkardonun nəticəsinə 10 saniyə əlavə edilib.
Sürətli dövrə: Corc Rassell (Mercedes) – 1:20.153 (71-ci dövrə, 193.310 km/s)
MÜBARİZƏNİ DAYANDIRANLAR:
Sürücü | Komanda | Dövrə | Səbəb |
Fernando Alonso | Alpine | 65 | güc qurğusu |
Yuki Tsunoda | AlphaTauri | 50 | qəza |
SÜRÜCÜLƏRİN ÇEMPİONATI:
Yer | N | Sürücü | Ölkə | Komanda | Xal |
1 | 1 | Maks Ferstappen | Red Bull Racing | 416 | |
2 | 11 | Serxio Peres | Red Bull Racing | 280 | |
3 | 16 | Şarl Lekler | Scuderia Ferrari | 275 | |
4 | 63 | Corc Rassell | Mercedes-AMG Petronas F1 Team | 231 | |
5 | 44 | Lyuis Həmilton | Mercedes-AMG Petronas F1 Team | 216 | |
6 | 55 | Karlos Sayns | Scuderia Ferrari | 212 | |
7 | 4 | Lando Norris | McLaren Racing | 111 | |
8 | 31 | Esteban Okon | Alpine F1 Team | 82 | |
9 | 14 | Fernando Alonso | Alpine F1 Team | 71 | |
10 | 77 | Valtteri Bottas | Alfa Romeo F1 Team ORLEN | 47 | |
11 | 5 | Sebastyan Fettel | Aston Martin Aramco Cognizant F1 Team | 36 | |
12 | 3 | Daniel Rikkardo | McLaren Racing | 35 | |
13 | 20 | Kevin Maqnussen | Haas F1 Team | 24 | |
14 | 10 | Pyer Qasli | Scuderia AlphaTauri | 23 | |
15 | 18 | Ləns Stroll | Aston Martin Aramco Cognizant F1 Team | 13 | |
16 | 47 | Mik Şumaxer | Haas F1 Team | 12 | |
17 | 22 | Yuki Tsunoda | Scuderia AlphaTauri | 12 | |
18 | 24 | Quanyu Çjou | Alfa Romeo F1 Team ORLEN | 6 | |
19 | 23 | Aleksander Elbon | Williams Racing | 4 | |
20 | 6 | Nikolas Latifi | Williams Racing | 2 | |
21 | 34 | Nik de Vriz | Williams Racing | 2 |
MÜHƏNDİSLƏR KUBOKU:
Yer | Komanda | Motor | Xal |
1 | Oracle Red Bull Racing | Red Bull | 696 |
2 | Scuderia Ferrari | Ferrari | 487 |
3 | Mercedes-AMG Petronas F1 Team | Mercedes | 447 |
4 | Alpine F1 Team | Renault | 153 |
5 | McLaren F1 Team | Mercedes | 146 |
6 | Alfa Romeo F1 Team ORLEN | Ferrari | 53 |
7 | Aston Martin Aramco Cognizant F1 Team | Mercedes | 49 |
8 | Haas F1 Team | Ferrari | 36 |
9 | Scuderia AlphaTauri | Red Bull | 35 |
10 | Williams Racing | Mercedes | 8 |