Meksika-2022: Üçüncü sərbəst yürüşlər

Komandalar həm Pirelli-nin gələnilki testləri, həm də bir neçə qırmızı bayrağa görə tamamlaya bilmədikləri proqramlarını bu sessiyada davam etdiriblər.

F-1.az bildirir ki, trasın vəziyyəti rezin örtüyünə görə yaxşılaşıb və səhvlər azalıb, sürətlər artıb. Lakin bura gətirilən ən sərt tərkiblə asfalta ilişmə qənaətbəxş olmayıb. Sürücülərin əksəriyyəti Soft təkərlərlə qısa dairələr vurublar, daha sonra isə sərt təkərlərə keçiblər.

Sessiya sakit keçib. Şumaxer iki dəfə, Qasli, Həmilton və Ferstappen isə bir dəfə trasdan çıxıblar. Ön asılqanı dəyişməli olan Alonso sessiyanın çox hissəsini buraxmalı olub.

Bu dəfə də protokollara Corc Rassell başçılıq edib – 1:18.399. Bizi maraqlı sıralanma turu gözləyir…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 63 Corc Rassell Mercedes 1:18.399 22
2 44 Lyuis Həmilton Mercedes 1:18.543 + 0:00.144 23
3 1 Maks Ferstappen Red Bull 1:18.876 + 0:00.477 18
4 16 Şarl Lekler Ferrari 1:19.123 + 0:00.724 23
5 11 Serxio Peres Red Bull 1:19.241 + 0:00.842 24
6 55 Karlos Sayns Ferrari 1:19.301 + 0:00.902 20
7 4 Lando Norris McLaren 1:19.317 + 0:00.918 22
8 77 Valtteri Bottas Alfa Romeo 1:19.390 + 0:00.991 28
9 22 Yuki Tsunoda AlphaTauri 1:19.882 + 0:01.483 24
10 23 Aleksander Elbon Williams 1:19.917 + 0:01.518 18
11 31 Esteban Okon Alpine 1:19.960 + 0:01.561 19
12 24 Quanyu Çjou Alfa Romeo 1:20.019 + 0:01.620 25
13 14 Fernando Alonso Alpine 1:20.037 + 0:01.638 16
14 3 Daniel Rikkardo McLaren 1:20.139 + 0:01.740 22
15 10 Pyer Qasli AlphaTauri 1:20.330 + 0:01.931 24
16 18 Ləns Stroll Aston Martin 1:20.477 + 0:02.078 20
17 47 Mik Şumaxer Haas 1:20.598 + 0:02.199 24
18 6 Nikolas Latifi Williams 1:20.848 + 0:02.449 21
19 5 Sebastyan Fettel Aston Martin 1:20.986 + 0:02.587 22
20 20 Kevin Maqnussen Haas 1:21.271 + 0:02.872 25
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*