Meksika-2022: Sıralanma turu

Mexikoda 3 DRS zonası olmasına baxmayaraq, ötmələr asan deyil. Tras təqvimə qayıtdıqdan sonra burada cəmi 2 dəfə pouldan başlayan sürücünün qalib gəlməsinə baxmayaraq, sıralanma turu böyük əhəmiyyət daşıyır.

F-1.az xatırladır ki, dünənki sərbəst yürüşlərdə əvvəlcə Karlos Sayns, sonra isə Corc Rassell hamını üstələyib. Britaniyalı sürücü bu gün də protokollara başçılıq edib.

Sıralanma turundan əvvəl keçən yarışdakı insidentə görə Strollun 3, güc qurğusunun elementini dəyişdiyinə görə isə Maqnussenin 5 yer itirəcəyi artıq məlum idi.

Pirelli buraya orta üçlüyü – C2, C3 və C4 tərkiblərini gətirib.

İlk sessiyada əksər sürücü sıxlıqdan şikayətlənib. Təkərləri qızdırmaq üçün 2-3 ardıcıl dövrə lazım olub. Ferstappen ilk cəhddə hamıdan sürətli olub və ikinci cəhdindən imtina edib. Həmilton onu üstələyib – 1:19.169. Latifi, Elbon, Stroll, Fettel və Şumaxer üçün sıralanma turu erkən başa çatıb.

İkinci Sessiyada Red Bull işlənmiş, qalanları isə yeni tələrlərlə trasa çıxıb. Həmilton 1:18.552 ilə komanda yoldaşını cüzi fərqlə üstələyib. O, ikinci cəhddə nəticəsini yaxşılaşdıra bilməyib, Sayns isə ona yaxın nəticə göstərib. Maqnussen, Qasli, Tsunoda, Çjou və Rikkardo ilk onluqdan kənarda qalıb.

Son sessiyada Okon və Norris ilk cəhd üçün işlənmiş təkərləri seçib. Peres protokollara başçılıq edərək tribunaları sevindirib. Lakin tezliklə Rassell və Ferstappenin gerisinə düşüb. Niderlandlı sürücünün nəticəsi 1:17.947 olub. Sessiyadan sonra Serxio işləməyən DRS və sükan göstəricilərindən şikayətlənib.

Həmilton üçüncü döngədə trasdan çıxdığı üçün nəticəsi ləğv edilib. İkinci cəhddə Maks daha da sürətlənib – 1:17.775. Rassell də nəticəsini yaxşılaşdırıb, amma tras hüdudlarını pozduğu üçün nəticəsi silinib.

Maks Ferstappen mövsümdə 6-cı, karyerasında isə 19-cu dəfə poulun sahibi olub. Sabahkı yarışa onun yanından Corc Rassell başlayacaq. İkinci cərgə isə Lyuis Həmilton və Serxio Peresindir.

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 1 Maks Ferstappen Red Bull 2 1:19.222 4 4 1:18.566 6 1:17.775 6
2 63 Corc Rassell Mercedes 6 1:19.583 7 3 1:18.565 5 1:18.079 6
3 44 Lyuis Həmilton Mercedes 1 1:19.169 7 1 1:18.552 6 1:18.084 6
4 11 Serxio Peres Red Bull 7 1:19.706 6 5 1:18.615 6 1:18.128 6
5 55 Karlos Sayns Ferrari 5 1:19.566 5 2 1:18.560 6 1:18.351 6
6 77 Valtteri Bottas Alfa Romeo 4 1:19.523 6 6 1:18.762 6 1:18.401 6
7 16 Şarl Lekler Ferrari 3 1:19.505 6 8 1:19.109 6 1:18.555 6
8 4 Lando Norris McLaren 8 1:19.857 7 9 1:19.119 6 1:18.721 6
9 14 Fernando Alonso Alpine 11 1:20.006 6 10 1:19.272 6 1:18.939 3
10 31 Esteban Okon Alpine 10 1:19.945 6 7 1:19.081 6 1:19.010 6
11 3 Daniel Rikkardo McLaren 13 1:20.279 8 11 1:19.325 6
12 24 Quanyu Çjou Alfa Romeo 14 1:20.283 6 12 1:19.476 6
13 22 Yuki Tsunoda AlphaTauri 9 1:19.907 7 13 1:19.589 6
14 10 Pyer Qasli AlphaTauri 12 1:20.256 9 14 1:19.672 6
15 20 Kevin Maqnussen Haas 15 1:20.293 11 15 1:19.833 6
16 47 Mik Şumaxer Haas 16 1:20.419 11
17 5 Sebastyan Fettel Aston Martin 17 1:20.419 10
18 18 Ləns Stroll Aston Martin 18 1:20.520 10
19 23 Aleksander Elbon Williams 19 1:20.859 10
20 6 Nikolas Latifi Williams 20 1:21.167 10
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*