Meksika-2022: İkinci sərbəst yürüşlər

Ostində olduğu kimi, burada da ikinci məşqlərin vaxtına Pirelli-nin gələn mövsümə olan təkərlərinin test edilməsi üçün yarım saat əlavə edilib.

F-1.az xəbər verir ki, sürücülər keçən həftə sərt təkərləri sınaqdan keçirmişdilərsə, bu dəfə onlara daha yumşaq tərkiblər verilib. İlk məşqlərdə yerlərini gənc sürücülərə verənlər üçün 45 dəqiqə standart proqramla işləmək imkanı tanınıb. Qüvvələr nisbəti barədə bu sessiyada dəqiq söz demək mümkün olmayıb.

Keçən həftə təkərlər 50 dərəcəyə qədər qızdırılmışdı və sürücülər bundan şikayət etmişdilər. Ona görə də, bu dəfə temperatur 70 dərəcəyə qaldırılıb. Çox güman ki, gələcək reqlamentdə bu da öz əksini tapacaq.

Havanın sıxlığı az olduğundan, maşınların asfaltayatma qüvvəsi də aşağı olub və çox sayda səhv müşahidə edilib. Tsunoda, Şumaxer, Verstappen, Peres və Norris trasdan çıxsalar da, yollarına davam ediblər. 33-cü dəqiqədə isə sessiya Leklerin 7-ci döngədəki qəzasına görə dayandırılıb. Son dəqiqələrdə isə Çjonun hidravlika probleminə görə dayanması növbəti qırmızı bayraqlara səbəb olub.

Proqnozlar yağış vəd etsə də, sessiya quru havada başa çatıb. Bu dəfə isə ən sürətli Corc Rassell olub – 1:19.970. Məşqlər sabah davam edəcək.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 63 Corc Rassell Mercedes 1:19.970 32
2 22 Yuki Tsunoda AlphaTauri 1:20.798 + 0:00.828 30
3 31 Esteban Okon Alpine 1:21.177 + 0:01.207 31
4 44 Lyuis Həmilton Mercedes 1:21.509 + 0:01.539 32
5 11 Serxio Peres Red Bull 1:21.579 + 0:01.609 34
6 1 Maks Ferstappen Red Bull 1:21.588 + 0:01.618 34
7 16 Şarl Lekler Ferrari 1:21.618 + 0:01.648 13
8 55 Karlos Sayns Ferrari 1:21.693 + 0:01.723 34
9 77 Valtteri Bottas Alfa Romeo 1:21.993 + 0:02.023 36
10 10 Pyer Qasli AlphaTauri 1:22.104 + 0:02.134 36
11 14 Fernando Alonso Alpine 1:22.337 + 0:02.367 31
12 5 Sebastyan Fettel Aston Martin 1:22.371 + 0:02.401 32
13 23 Aleksander Elbon Williams 1:22.447 + 0:02.477 24
14 4 Lando Norris McLaren 1:22.738 + 0:02.768 31
15 3 Daniel Rikkardo McLaren 1:22.763 + 0:02.793 27
16 18 Ləns Stroll Aston Martin 1:22.840 + 0:02.870 23
17 47 Mik Şumaxer Haas 1:22.879 + 0:02.909 31
18 20 Kevin Maqnussen Haas 1:23.316 + 0:03.346 21
19 6 Nikolas Latifi Williams 1:23.320 + 0:03.350 34
20 24 Quanyu Çjou Alfa Romeo 1:23.369 + 0:03.399 34
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*