Meksika-2022: Birinci sərbəst yürüşlər

İkinci sərbəst yürüşlərdə 2023-ün təkərləri test ediləcəyi üçün ilk məşqlərin əhəmiyyəti artıb. Eyni anda 5 komanda gənc sürücülərə proqramında yer verib.

F-1.az bildirir ki, Liam Louson Yuki Tsunodanın maşınını təhvil alıb, Corc Rassellin əvəzinə Nik de Vriz, Kevin Maqnussenin əvəzinə Pyetro Fittipaldi, Alek Elbonun əvəzinə Loqan Sardjent sükan arxasına keçib. Esteban Okonu isə Cek Duen əvəzləyərək debüt edib.

Lousonun maşınının əyləclərində ilk dəqiqələrdən problemlər yaranıb və gənc sürücü boksa qayıdıb. Alonso və Sardjet trasdan çıxıblar. Rikkardo da əyləc problemi ilə qarşılaşıb, Ferstappen isə yerində fırlanıb.

38-ci dəqiqədə qırmızı bayraqlar dalğalanıb – Pietronun maşını tüstülənib. Mühəndis sürücüüyə dayanmağı tapşırıb. Maşın təxliyə edilib. O və motorda problem yaşayan Duen üçün sessiya erkən bitib. İkinci dəfə qırmızı bayraqlar da Lousonun maşınında MGU-K sistemi sıradan çıxdığından trasda dayanmalı olduğu üçün dalğalanıb.

Protokollara 1:20.707 ilə Karlos Sayns başçılıq edib. Məşqlər bu gün davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 55 Karlos Sayns Ferrari 1:20.707 25
2 16 Şarl Lekler Ferrari 1:20.753 + 0:00.046 20
3 11 Serxio Peres Red Bull 1:20.827 + 0:00.120 22
4 1 Maks Ferstappen Red Bull 1:20.827 + 0:00.120 22
5 44 Lyuis Həmilton Mercedes 1:20.849 + 0:00.142 17
6 14 Fernando Alonso Alpine 1:20.899 + 0:00.192 26
7 77 Valtteri Bottas Alfa Romeo 1:21.083 + 0:00.376 23
8 4 Lando Norris McLaren 1:21.120 + 0:00.413 21
9 10 Pyer Qasli AlphaTauri 1:21.310 + 0:00.603 25
10 5 Sebastyan Fettel Aston Martin 1:21.525 + 0:00.818 24
11 3 Daniel Rikkardo McLaren 1:21.762 + 0:01.055 16
12 24 Quanyu Çjou Alfa Romeo 1:21.820 + 0:01.113 20
13 18 Ləns Stroll Aston Martin 1:21.865 + 0:01.158 24
14 47 Mik Şumaxer Haas 1:21.952 + 0:01.245 22
15 6 Nikolas Latifi Williams 1:22.912 + 0:02.205 20
16 40 Liam Louson AlphaTauri 1:23.861 + 0:03.154 19
17 45 Loqan Sardjent Williams 1:24.246 + 0:03.539 22
18 19 Nik de Vriz Mercedes 1:24.582 + 0:03.875 20
19 82 Cek Duen Alpine 1:24.615 + 0:03.908 13
20 51 Pyetro Fittipaldi Haas 1:26.766 + 0:06.059 9
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*