F-1.az bildirir ki, asfaltın istiliyi dünənkinə nisbətən iki dəfə azalıb. Nəticədə komandaların dünən təkərlərlə bağlı topladıqları məlumatlar önəmini itirib və sıralanma turunda da bənzər şərait olacağı üçün yenidən sürətli dövrələr vuraraq sıralanma turuna hazırlıqlara başlayıblar.
Kevin Maqnussen sessiyanın əvvəlində maşını mexaniklərə təslim edib, buna səbəb soyutma sistemindəki problem olub. Sona 15 dəqiqə qalmış Bottas hidravlik problemlərə görə dayanıb. Bolidin təxliyəsi üçün Virtual Təhlükəsizlik Maşını rejimi elan edilib.
Maks Ferstappen bu dəfə də protokollara başçılıq edib – 1:16.284. Mercedes və Ferrari-nin də yaxşı nəticələr göstərməsi bizə maraqlı sıralanma turu vəd edir…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 33 | Maks Ferstappen | Red Bull | 1:16.284 | – | 9 |
2 | 44 | Lyuis Həmilton | Mercedes | 1:16.538 | + 0:00.254 | 9 |
3 | 5 | Sebastyan Fettel | Ferrari | 1:16.566 | + 0:00.282 | 11 |
4 | 3 | Daniel Rikkardo | Red Bull | 1:17.028 | + 0:00.744 | 7 |
5 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:17.045 | + 0:00.761 | 16 |
6 | 16 | Şarl Lekler | Sauber | 1:17.059 | + 0:00.775 | 13 |
7 | 55 | Karlos Sayns | Renault | 1:17.336 | + 0:01.052 | 11 |
8 | 10 | Pyer Qasli | Toro Rosso | 1:17.525 | + 0:01.241 | 16 |
9 | 9 | Markus Eriksson | Sauber | 1:17.565 | + 0:01.281 | 14 |
10 | 27 | Niko Hülkenberq | Renault | 1:17.623 | + 0:01.339 | 10 |
11 | 31 | Esteban Okon | Racing Point | 1:17.731 | + 0:01.447 | 10 |
12 | 11 | Serxio Peres | Racing Point | 1:17.819 | + 0:01.535 | 10 |
13 | 8 | Roman Qrojan | Haas | 1:18.145 | + 0:01.861 | 10 |
14 | 2 | Stoffel Vandorn | McLaren | 1:18.445 | + 0:02.161 | 15 |
15 | 14 | Fernando Alonso | McLaren | 1:18.548 | + 0:02.264 | 11 |
16 | 28 | Brendon Hartli | Toro Rosso | 1:18.637 | + 0:02.353 | 10 |
17 | 35 | Sergey Sirotkin | Williams | 1:18.669 | + 0:02.385 | 9 |
18 | 18 | Ləns Stroll | Williams | 1:18.698 | + 0:02.414 | 8 |
19 | 77 | Valtteri Bottas | Mercedes | 1:18.839 | + 0:02.555 | 5 |
20 | 20 | Kevin Maqnussen | Haas | – | – | 1 |