F-1.az federasiyanın rəsmi saytına istinadən bildirir ki, keçənilki yarışdan sonra trasda heç bir dəyişiklik edilməyib, sadəcə trasın sahibləri infrastrukturun yaxşı vəziyyətdə saxlanılmasına çalışıblar.
Keçən il olduğu kimi Mexikoda 15-ci döngənin çıxışında yeganə deteksiya nöqtəsi olacaq. Əgər bu nöqtədə iki maşın arasındakı interval bir saniyədən az olarsa, onda 17-ci döngədən 323 metr sonra (keçən illəmüqayisədə 100 mter irəli çəkilib) və 3-cü döngədən 116 metr sonra arxada olan sürücü DRS sistemini aktivləşdirə biləcək.