Meksika-2018: Pirelli – SuperSoft, UltraSoft və HyperSoft

Pirelli şirkəti Meksikaya əm yumşaq üçlüyü - SuperSoft, UltraSoft və HyperSoft tərkiblərini gətirəcək.

F-1.az bildirir ki, şirkətin idman bölməsinin başçısı Mario İzola bu seçimi aşağıdakı kimi əsaslandırıb…

Mario İzola: “Biz Meksikaya, adətən, şəhər traslarına gətirdiyimiz yumşaq tərkibləri gətirəcəyik. Gözləyirik ki, komandalar təkərlərin aşınmasını və dağılmasını diqqətlə izləyəcək, nəzarətdə saxlayacaqlar. Pit-leynin uzunluğunu və vaxt itkisini nəzərə alsaq, komandalar yarışı cəmi bir pit-stopla başa vurmağa çalışacaqlar.

Hava da vacib faktor olacaq. Əvvəlki yarışlar biz ilin bu vaxtında burada müxtəlif hava şəraiti ilə üzləşmişik, yarış zamanı daim insidentlər yaşanır, Təhlükəsizlik Maşınının trasa çıxmaq ehtimalı 60%-dən yüksəkdir. Belə bir şəraitdə strateji seçimin yumşaqlığı vacib əhəmiyyət kəsb edir…”

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*