Meksika-2018: İkinci sərbəst yürüşlər

Nahardan əvvəl əsas sazlanmaları müəyyən etdikdən sonra komandalar ikinci məşqlərdə uzun məsafədə təkərlərin effektivliyini və yeyilmə dərəcəsini qiymətləndiriblər.

F-1.az xatırladır ki, Pirelli Meksikaya ən yumşaq tərkibləri gətirsə də, onları işləməyə məcbur etmək çox çətin olub – isti asfaltda təkərlərin həddən çox qızmasının qarşısını almaq lazım gəlib. Sessiyanın əvvəlində sürücülər qısa dövrələr seriyasında işləyiblər, daha sonra isə uzun dövrələr seriyasına keçiblər.

Pyer Qasli səhər işləyə bilməmişdi – hələ Ostində Honda motorçuları fransalı sürücünün maşınına qoyulmuş yeni güc qurğusunun yığılmasında səhvə yol vermişdilər, ona görə də sürücünün Meksika yarışını yarımçıq dayandırmaq ehtimalı böyük idi. Alonso, Lekler və Okon sükan arxasına qayıdıblar – səhər onları gənc sürücülər əvəz etmişdilər.

Maşınlar asfaltayatma qüvvəsinin maksimum kəmiyyətinə sazlanıb, amma dağlarda maşına bu qüvvə çatmayıb – maşınlar sürüşüblər, sürücülər tras kənarına çıxıblar, amma ciddi insident yaşanmayıb.

Sessiyanın sonuna 10 dəqiqə qalmış Ferstappen 3-cü döngədə dayanmalı olub – düzlüyün sonunda motor gözlənilmədən gücünü itirib.

Keçən il olduğu kimi yüksək hündürlükdə Renault motorları çox effektiv işləyiblər – ilk beşlikdə yer alan 4 sürücünün maşınında bu motorlar çalışır.

Səhər olduğu kimi, protokollara Maks Ferstappen başçılıq edib – 1:16.720.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 33 Maks Ferstappen Red Bull 1:16.720 21
2 3 Daniel Rikkardo Red Bull 1:16.873 + 0:00.153 32
3 55 Karlos Sayns Renault 1:17.953 + 0:01.233 35
4 5 Sebastyan Fettel Ferrari 1:17.954 + 0:01.234 42
5 27 Niko Hülkenberq Renault 1:18.046 + 0:01.326 36
6 28 Brendon Hartli Toro Rosso 1:18.061 + 0:01.341 35
7 44 Lyuis Həmilton Mercedes 1:18.100 + 0:01.380 40
8 7 Kimi Rəykkönen Ferrari 1:18.133 + 0:01.413 42
9 77 Valtteri Bottas Mercedes 1:18.140 + 0:01.420 40
10 11 Serxio Peres Racing Point 1:18.167 + 0:01.447 24
11 31 Esteban Okon Racing Point 1:18.485 + 0:01.765 24
12 8 Roman Qrojan Haas 1:18.733 + 0:02.013 39
13 16 Şarl Lekler Sauber 1:19.024 + 0:02.304 39
14 10 Pyer Qasli Toro Rosso 1:19.047 + 0:02.327 36
15 2 Stoffel Vandorn McLaren 1:19.096 + 0:02.376 30
16 18 Ləns Stroll Williams 1:19.219 + 0:02.499 25
17 9 Markus Eriksson Sauber 1:19.322 + 0:02.602 41
18 35 Sergey Sirotkin Williams 1:19.335 + 0:02.615 37
19 14 Fernando Alonso McLaren 1:19.543 + 0:02.823 31
20 20 Kevin Maqnussen Haas 1:19.670 + 0:02.950 35
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*