F-1.az avtodromun rəsmi saytına istinadən bildirir ki, cümə günü axşama doğru hava +23 dərəcəyədək qızsa da, güclü yağış gözlənilir. Şənbə günü hava +19 dərəcəyədək soyuyacaq, bütün gün ərzində yağış yağacaq. Bazar günü isə yağıntı gözlənilmir, termometrlər isə +20 dərəcəni göstərəcəklər.
Bir daha xatırladaq ki, keçən il Meksikada bütün sessiyalar quru trasda baş tutmuşdular…