Meksika-2018: Birinci sərbəst yürüşlər

Rodriges qardaşlarının adını daşıyan avtodrom dəniz səviyyəsindən hündürlüyünə görə təqvimdə yer alan digər traslardan fərqlənir - ona görə də bu trasda aerodinamikanın, güc qurğusunun və soyutma sistemlərinin xüsusi sazlanmalarından yararlanmaq lazım gəlir. Bəzi sazlanmaları əvvəlcədən stenddə və ya simulyatorda tapmaq olur, amma real trasda bütün sazlanmalara ciddi düzəlişlər etmək lazım gəlir - nahardan əvvəl komandalar maşınların sazlanması ilə məşğul olublar.

F-1.az bildirir ki, 3 komandada gənc sürücülər əsas sürücülər əvəz ediblər – Lando Norris McLaren-də, Antonio Covinatsi Sauber-də, Nikolas Latifi isə Racing Point-da komandanın proqramını yerinə yetiriblər.

Qasli sessiyanın əvvəlində trasa çıxdıqdan sonra maşını mexaniklərə təhvil verib – komanda bütün sessiya ərzində fransalı sürücünün maşınında güc qurğusunu dəyişib.

Protokollara isə Maks Ferstappen başçılıq edib – 1:16.656.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 33 Maks Ferstappen Red Bull 1:16.656 19
2 3 Daniel Rikkardo Red Bull 1:17.139 + 0:00.483 19
3 55 Karlos Sayns Renault 1:17.926 + 0:01.270 20
4 27 Niko Hülkenberq Renault 1:18.028 + 0:01.372 21
5 44 Lyuis Həmilton Mercedes 1:18.075 + 0:01.419 23
6 77 Valtteri Bottas Mercedes 1:18.322 + 0:01.666 27
7 5 Sebastyan Fettel Ferrari 1:18.746 + 0:02.090 17
8 7 Kimi Rəykkönen Ferrari 1:18.936 + 0:02.280 22
9 28 Brendon Hartli Toro Rosso 1:19.024 + 0:02.368 29
10 34 Nikolas Latifi Racing Point 1:19.078 + 0:02.422 23
11 11 Serxio Peres Racing Point 1:19.124 + 0:02.468 29
12 36 Antonio Covinatsi Sauber 1:19.134 + 0:02.478 25
13 8 Roman Qrojan Haas 1:19.276 + 0:02.620 26
14 9 Markus Eriksson Sauber 1:19.312 + 0:02.656 28
15 47 Lando Norris McLaren 1:19.646 + 0:02.990 23
16 2 Stoffel Vandorn McLaren 1:19.716 + 0:03.060 29
17 20 Kevin Maqnussen Haas 1:19.853 + 0:03.197 28
18 35 Sergey Sirotkin Williams 1:19.899 + 0:03.243 30
19 18 Ləns Stroll Williams 1:20.142 + 0:03.486 26
20 10 Pyer Qasli Toro Rosso 2
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*