Meksika-2017: Yarış

Həmilton Meksikaya çempionatdakı əsas rəqibi Fettel üzərində 66 xallıq üstünlüklə gəlib. Trasın xüsusiyyətləri dəyişməz olaraq qalıb - dəniz səviyyəsindən xeyli yüksəksə yerləşməsi aerodinamikanın səmərəliliyini azaldıb. Yüksək asfaltayatma qüvvəsinə baxmayaraq, maşınlar yenə də çox sürüşüb. Ardıcıl üçüncü ildə də tribunalar tamamilə dolu olub.

Meksikada son iki ildə sıralanma turunda və yarışda dominantlıq edən Mercedes sürücüləri bu dəfə bir qədər geridə qalıblar. Yalnız ilk məşq sessiyasında Bottas liderlik edib, digər iki sessiyada Red Bull sürücüləri sürətli olublar. Sıralanma turunda isə Fettel karyerasında 50-ci poulu qazanıb.

Seyrək havada turbin bərk qızır və güc qurğusunun sıradan çıxmasına yol açır. Meksikada xüsusilə Renault mühərriyindən istifadə edən sürücülər bu problemlə dəfələrlə üz-üzə qalıblar. Toro Rosso-da Qasli sıralanma turunda iştirak etməyib, eyni problemlə onun komanda yoldaşı Hartli sıralanma turunun ikinci sessiyasında qarşılaşıb.

Pirelli Mexikoya yumşaq üçlüyü – Soft, SuperSoft və UltraSoft tərkiblərini gətirib. Təkərlərin aşınması az olduğundan yarışı tək pit-stopla başa vurmağın mümkünlüyü əvvəlcədən məlum idi. Alonso və Qrojan yarışa SuperSoft, digər sürücülər isə UltraSoft təkərlərlə başlayıblar.

Yarışın startında beş sürücü – Alonso, Vandorn, Qasli, Hartli və Rikkardo güc qurğusundakı dəyişikliklərə görə yer itiriblər. Yarışa Fettel və Ferstappen birinci, Mercedes sürücüləri ikinci, Rəykkönen və Okon isə üçüncü cərgədən start veriblər.

Startda Ferstappen Fetteli qabaqlayıb, Həmilton da onu üstələyərkən toqquşma baş verib. Nəticədə Həmilton arxa sağ təkəri deşildiyi üçün pit-stopa getməli olub və xeyli vaxt itirib. Fettel də pit yoluna üz tutub, onun maşınında təkərlər və ön qanad dəyişdirilib. 2-ci dövrədə ilk onluq: Ferstappen – Bottas – Okon – Hülkenberq – Peres – Massa – Rəykkönen – Stroll – Rikkardo – Maqnussen.

İkinci dövrədə Sayns, dördüncü dövrədə isə təkəri deşilmiş Massa pit-stop ediblər. Yeddinci dövrədə Rikkardo turbindəki problemə görə mübarizəni dayandırıb. Alonso Qrojanı ötməyə çalışarkən fransız sürücü trasdan çıxaraq üstünlük əldə edib. Buna görə də stüardlar tərəfindən 5 saniyəlik cəza alıb.

Fettel Qaslini, Massanı və Qrojanı qabaqlayaraq 13-cü yerə yüksəlib. 19-cu dövrədə Peres, 20-ci dövrədə Hülkenberq, 21-ci dövrədə isə Okon təkərlərini dəyişiblər. Fettel Hartli və Vandornu da keçərək 11-ci yerə yüksəlib. Yarışın 25-ci dövrəsində Hülkenberq maşını kənara çəkib – alman sürücü güc qurğusu probleminə görə yarışı başa vura bilməyib. Növbəti dövrədə nəhayət, Həmilton Saynsı keçə bilib. 31-ci dövrədə Peres tribunaların alqışları altında Maqnusseni qabaqlayıb, Fettel isə Alonsonu keçməyə nail olub.

İki dövrə sonra digər Renault motorundan istifadə edən sürücü – Hartli mübarizəni dayandırıb. Onun maşını alışıb və marşallar dərhal müdaxilə ediblər. Virtual Təhlükəsizlik Maşını rejimi elan olunub. Massa və Verlyayndan başqa bütün sürücülər təkərlərini dəyişiblər, restart dərhal elan olunub. 34-cü dövrədə ilk onluq: Ferstappen – Bottas – Rəykkönen – Okon – Stroll – Peres – Maqnussen – Fettel – Alonso – Massa.

36-cı dövrədə Həmilton Qrojanı keçərək 15-ci yerə yüksəlib. Daha sonra isə Verlyaynı keçib. Fettel isə Maqnusseni də arxada qoyub. Fettel 51-ci dövrədə Peresi də keçib, meksikalı sürücü dərhal pit yoluna yönəlib və UltraSoft təkərlərə keçib. İki dövrə sonra Həmilton Vandornu keçərək 11-ci olub.

Fettel Strollu mübarizədə məğlub edərək beşinci olub, bir qədər sonra isə Okonu da keçib. Həmilton Massanı üstələyərək xal zonasına yüksəlib. Eriksson da mübarizəni dayandıran sürücülərə qoşulub. 60-cı dövrədə ilk onluq: Ferstappen – Bottas – Rəykkönen – Fettel – Okon – Stroll – Peres – Maqnussen – Alonso – Həmilton.

Sayns 62-ci dövrədə mübarizəni dayandırıb. Həmilton əla müdafiə olunan Alonsonu 69-cu dövrədə keçərək, 9-cu yerə yüksəlib.

Maks Ferstappen mövsümdə ikinci, karyerasında üçüncü qələbəsini qazanıb. Bottas yarışı ikinci, Rəykkönen isə üçüncü yerdə başa vurub. Yalnız üç sürücü yarışı liderlə eyni dövrədə başa vura bilib.

Lyuis Həmilton dördüncü titulunu vaxtından əvvəl rəsmiləşdirib. O, çempionluq sayında Alen Prost və Sebastyan Fettelə çatıb. Mercedes isə Mühəndislər Kubokunu Ostində əldə etmişdi.

Çempionat iki həftə sonra İnterlaqosda davam edəcək…

Yer N Sürücü Komanda Zaman/Fərq Pit
1 33 Maks Ferstappen Red Bull 1:36:26.552 1
2 77 Valtteri Bottas Mercedes AMG + 0:19.678 1
3 7 Kimi Rəykkönen Ferrari + 0:53.116 1
4 5 Sebastyan Fettel Ferrari + 1:10.078 2
5 31 Esteban Okon Force İndia +1 dövrə 1
6 18 Ləns Stroll Williams +1 dövrə 1
7 11 Serxio Peres Force İndia +1 dövrə 2
8 20 Kevin Maqnussen Haas +1 dövrə 1
9 44 Lyuis Həmilton Mercedes AMG +1 dövrə 2
10 14 Fernando Alonso McLaren +1 dövrə 1
11 19 Felipe Massa Williams +1 dövrə 1
12 2 Stoffel Vandorn McLaren +1 dövrə 1
13 10 Pyer Qasli Toro Rosso +1 dövrə 1
14 94 Paskal Verlyayn Sauber +2 dövrə 1
15 8 Roman Qrojan Haas +2 dövrə 2

 

Sürətli dövrə: Sebastyan Fettel (Ferrari) – 1:18.785 (68-ci dövrə, 196.600 km/saat).

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Karlos Sayns Renault 59 sükan idarəetməsi
Markus Eriksson Sauber 55 asılqan
Brendon Hartli Toro Rosso 30 güc qurğusu
Niko Hülkenberq Renault 24 ERS
Daniel Rikkardo Red Bull 7 MGU-H generatoru

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 44 Lyuis Həmilton Mercedes AMG Petronas F1 Team 333
2 5 Sebastyan Fettel Scuderia Ferrari 277
3 77 Valtteri Bottas Mercedes AMG Petronas F1 Team 262
4 3 Daniel Rikkardo Red Bull Racing 192
5 7 Kimi Rəykkönen Scuderia Ferrari 178
6 33 Maks Ferstappen Red Bull Racing 148
7 11 Serxio Peres Sahara Force İndia F1 Team 92
8 31 Esteban Okon Sahara Force İndia F1 Team 83
9 55 Karlos Sayns Renault Sport Formula 1 Team 54
10 18 Ləns Stroll Williams Martini Racing 40
11 19 Felipe Massa Williams Martini Racing 36
12 27 Niko Hülkenberq Renault Sport Formula 1 Team 34
13 8 Roman Qrojan Haas F1 Team 28
14 20 Kevin Maqnussen Haas F1 Team 19
15 2 Stoffel Vandorn McLaren Honda Formula 1 Team 13
16 14 Fernando Alonso McLaren Honda Formula 1 Team 11
17 30 Colion Palmer Renault Sport Formula 1 Team 8
18 94 Paskal Verlyayn Sauber F1 Team 5
19 26 Daniil Kvyat Scuderia Toro Rosso 5

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Mercedes AMG Petronas F1 Team Mercedes 595
2 Scuderia Ferrari Ferrari 455
3 Red Bull Racing TAG Heuer 340
4 Sahara Force İndia F1 Team Mercedes 175
5 Williams Martini Racing Mercedes 76
6 Scuderia Toro Rosso Renault 53
7 Renault Sport Formula 1 Team Renault 48
8 Haas F1 Team Ferrari 47
9 McLaren Honda Formula 1 Team Honda 24
10 Sauber F1 Team Ferrari 5
, , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*