F-1.az bildirir ki, startdan 5 dəqiqə sonra Qaslinin maşını dayanıb və tüstülənib. Pyer mühəndisin məsləhəti ilə ERS sistemi vasitəsilə mühərriyi yenidən işə salmağa çalışıb, lakin bir nəticə əldə etməyib. Fransız üçün uğursuz həftəsonudur – dünən ilk məşqlərdə iştirak etməmiş, ikinci sessiyada cəmi 10 dövrə vura bilmişdi. Yarışın startında isə 15 yer itirəcək.
Verlyayn da bir dövrə vurduqdan sonra boksa qayıdıb. Onun maşınının elektron sistemlərində problem yaranıb və dərhal aradan qaldırmaq mümkün olmayıb. Alman sürücü sessiyanın ikinci hissəsində məşqlərə davam edə bilib. Sessiyanın böyük hissəsində protokollara Bottas başçılıq edib. Sonra Fettel onu keçib. Ferstappen isə yekunda hamını üstələyib – 1:17.113.
Üç top komandanın sürücülərinin nəticələri arasında fərq çox cüzidir. Bizi Bakı vaxtı ilə 22:00-da poul uğrunda çox gərgin mübarizə gözləyir…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 33 | Maks Ferstappen | Red Bull | 1:17.113 | – | 20 |
2 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:17.188 | + 0:00.075 | 23 |
3 | 5 | Sebastyan Fettel | Ferrari | 1:17.230 | + 0:00.117 | 21 |
4 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:17.283 | + 0:00.170 | 18 |
5 | 3 | Daniel Rikkardo | Red Bull | 1:17.361 | + 0:00.248 | 10 |
6 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:17.517 | + 0:00.404 | 27 |
7 | 11 | Serxio Peres | Force İndia | 1:18.040 | + 0:00.927 | 20 |
8 | 31 | Esteban Okon | Force İndia | 1:18.165 | + 0:01.052 | 18 |
9 | 55 | Karlos Sayns | Renault | 1:18.208 | + 0:01.095 | 21 |
10 | 27 | Niko Hülkenberq | Renault | 1:18.380 | + 0:01.267 | 21 |
11 | 28 | Brendon Hartli | Toro Rosso | 1:18.602 | + 0:01.489 | 23 |
12 | 19 | Felipe Massa | Williams | 1:18.690 | + 0:01.577 | 23 |
13 | 18 | Ləns Stroll | Williams | 1:19.066 | + 0:01.953 | 20 |
14 | 20 | Kevin Maqnussen | Haas | 1:19.205 | + 0:02.092 | 19 |
15 | 9 | Markus Eriksson | Sauber | 1:19.331 | + 0:02.218 | 27 |
16 | 14 | Fernando Alonso | McLaren | 1:19.565 | + 0:02.452 | 22 |
17 | 8 | Roman Qrojan | Haas | 1:19.586 | + 0:02.473 | 22 |
18 | 94 | Paskal Verlyayn | Sauber | 1:19.826 | + 0:02.713 | 16 |
19 | 2 | Stoffel Vandorn | McLaren | 1:20.030 | + 0:02.917 | 25 |
20 | 10 | Pyer Qasli | Toro Rosso | – | – | 2 |