F-1.az federasiyanın rəsmi saytına istinadən bildirir ki, keçən illə müqayisədə təşkilatçılar trasda müəyyən dəyişikliklər ediblər – 2-ci və 3-cü döngələr arasında trasın sol tərəfindəki otluq sahə asfaltla örtülüb. İlk iki döngə arasındakı su arxının arxasında uzunluğu 2 metr, hündürlüyü 50 mm olan narıncı süni maneə quraşdırılıb. İkinci belə bir maneə növbəti iki döngə arasında trasdan bir metr sol tərəfdə quraşdırılıb.
Dördüncü döngədəki divar trasdan 20 metr geri çəkilib, 8-ci və 11-ci döngələrdə isə narıncı süni maneə quraşdırılıb ki, sürücülər trasa düzgün yerdən qayıtmağa məcbur olsunlar. Sərt döngələrdə əlavə TecPro baryerləri peyda olublar.
Keçən il olduğu kimi Mexikoda 15-ci döngənin çıxışında yeganə deteksiya nöqtəsi olacaq. Əgər bu nöqtədə iki maşın arasındakı interval bir saniyədən az olarsa, onda 17-ci döngədən 425 metr sonra və 3-cü döngədən 120 metr sonra arxada olan sürücü DRS sistemini aktivləşdirə biləcək.