Meksika-2017: Sürücülərin cərimə balları və rəsmi xəbədarlıqları

FİA 2014-cü ildən etibarən cərimə ballarının tətbiqinə başlayıb – hər bir sürücüyə bəzi hallarda yarışdakı mövqeyinə təsir edəcək cəzalardan əlavə cərimə balı da verilir.

Hər hansı bir sürücü 12 ay ərzində 12 cərimə balı alarsa, növbəti yarışı buraxmalı olur. Üzərindən 12 aydan çox vaxt keçmiş ballar isə avtomatik olaraq silinir.

F-1.az xatırladır ki, keçənilki Meksika Qran Prisi cərimələr cəhətdən xeyli məhsuldar olmuşdu – 5 sürücünün superlisenziyasına bal əlavə edilmişdi. Onlardan biri artıq çempionatda iştirak etməyən Kvyat idi. Rus sürücü 12 ballıq limiti doldurmağa çox yaxın idi, lakin son iki yarışdan sonra cərimə balının sayı 7-ə enib.

Keçən il İnterlaqosda Massa və Okon cəzalandırılmışdılar. Builki Braziliya Qran Prisinin ertəsi günü onların həmin balları ləğv ediləcək…

Yer N Sürücü Bal 1-ci cərimə 2-ci cərimə 3-cü cərimə 4-cü cərimə
1 26 Daniil Kvyat 7 2 (Kanada, 2017) 2 (Avstriya, 2017) 2 (Britaniya, 2017) 1 (Macarıstan, 2017)
2 20 Kevin Maqnussen 6 1 (Rusiya, 2017) 2 (Kanada, 2017) 2 (Macarıstan, 2017) 1 (ABŞ, 2017)
3 30 Colion Palmer 6 2 (Əbu Dabi, 2016) 3 (Çin, 2017) 1 (İtaliya, 2017)
4 19 Felipe Massa 5 2 (Braziliya, 2016) 3 (Belçika, 2017)
5 2 Stofel Vandorn 5 1 (Rusiya, 2017) 2 (İspaniya, 2017) 2 (Avstriya, 2017)
6 8 Roman Qrojan 4 3 (Çin, 2017) 1 (Meksika, 2017)
7 55 Karlos Sayns 4 2 (Bəhreyn, 2017) 2 (Kanada, 2017)
8 27 Niko Hülkenberq 4 4 (Çin, 2017)
9 11 Serxio Peres 3 2 (Monako, 2017) 1 (Belçika, 2017)
10 33 Maks Ferstappen 3 2 (Macarıstan, 2017) 1 (ABŞ, 2017)
11 7 Kimi Rəykkönen 3 3 (Belçika, 2017)
12 5 Sebastyan Fettel 3 3 (Azərbaycan, 2017)
13 31 Esteban Okon 2 2 (Braziliya, 2016)
14 22 Censon Batton 2 2 (Monako, 2017)
15 94 Paskal Verlyayn 2 2 (İspaniya, 2017)
16 44 Lyuis Həmilton 2 2 (Bəhreyn, 2017)
17 14 Fernando Alonso 2 2 (Yaponiya, 2017)
18 9 Markus Eriksson 2 2 (ABŞ, 2017)
19 18 Ləns Stroll 1 1 (ABŞ, 2017)

 

Son yarışdan sonra rəsmi xəbərdarlıqlardakı vəziyyət dəyişməyib.

Qeyd edək ki, mövsüm ərzində üç rəsmi xəbərdarlıq almış sürücü növbəti yarışın startında 10 yer itirməklə cəzalandırılır.

Yer N Sürücü Tras üzərində Trasdan kənarda Ümumi
1 5 Sebastyan Fettel 1 1 2
2 11 Serxio Peres 1 1 2
3 3 Daniel Rikkardo 1 1
4 55 Karlos Sayns 1 1
5 18 Ləns Stroll 1 1
6 14 Fernando Alonso 1 1
, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*