Meksika-2017: Pirelli-dən Soft, SuperSoft və UltraSoft

Meksika Qran Prisinə çempionatın təkər təchizatçısı ən yumşaq üçlüyü - Soft, SuperSoft və UltraSoft tərkiblərini gətirəcək.

F-1.az xatırladır ki, Pirelli-nin buliki təkərləri daha bərk olduqları üçün son yarışlarda keçən illə müqayisədə daha yumşaq təkərlər istifadə olunur…

Mario İzola: “Meksikada da biz builki prinsipimizə sadiq qalaraq, daha yumşaq təkərlərdən istifadə edəcəyik – bununla maşınların sürətini artırmaq və yarışları daha maraqlı etmək istəyirik. Keçən il də Meksikaya yeni tərkib gətirmişdik, komandalar trasda ilk dəfə SuperSoft-la işləmişdilər. Avtodromun müasir konfiqurasiyasında cəmi iki yarış baş tutub, ona görə də komandalar rasın xarakteristikası ilə tam tanış deyillər. Bu isə o deməkdir ki, sərbəst yürüşlərdə komandalar daha çox işləməli olacaqlar, xüsusən də UltraSoft tərkibinin işləməsi barədə çoxlu məlumat toplamaq lazım gələcək…”

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*