F-1.az bildirir ki, sessiyanın əvvəlində Roman Qrojanın maşınında arxa sol təkər partlayıb, maşın yerində fırlanıb, təkərin qırıntıları aerodinamik elementləri və altlığı zədələyib – məşqlər qırmızı bayraqlarla dayandırılıb və marşallar trası təmizləməli olublar. Cəmi 6 dəqiqədən sonra sessiyaya restart verilib, amma Roman bir daha trasa qayıtmayıb – maşının altlığını dəyişmək asan olmayıb.
Sessiyanın 20-ci dəqiqəsində Həmilton yerində fırlanaraq təkərləri bloka salıb – maşın bir neçə metr sürüşdükdən sonra baryerlərlə toqquşmadan qurtula bilib. Fettelin maşınında yanğınsöndürən balon işə düşüb – mexaniklər maşını yenidən trasa qaytara biliblər.
Qasli 10 dövrə vurduqdan sonra maşını mexaniklərə təhvil verib – səhər maşında Şon Gelael işləmişdi, nahardan sonra isə güc qurğusunda problemlər üzə çıxıb. Ferstappen də sessiyanı vaxtından əvvəl başa vurub – daxiliyanma mühərriyi resursunu başa vurduğu üçün sürücünün “cümə motorları” qurtarıb.
Protokollara isə Daniel Rikkardo trasın yeni rekordu ilə başçılıq edib – 1:17.801, nəticələr isə çox sıx alınıb – ilk dördlük saniyənin dörddə birinə yerləşib…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 3 | Daniel Rikkardo | Red Bull | 1:17.801 | – | 26 |
2 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:17.932 | + 0:00.131 | 40 |
3 | 33 | Maks Ferstappen | Red Bull | 1:17.964 | + 0:00.163 | 17 |
4 | 5 | Sebastyan Fettel | Ferrari | 1:18.051 | + 0:00.250 | 35 |
5 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:18.142 | + 0:00.341 | 40 |
6 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:18.299 | + 0:00.498 | 43 |
7 | 14 | Fernando Alonso | McLaren | 1:18.508 | + 0:00.707 | 26 |
8 | 11 | Serxio Peres | Force İndia | 1:18.728 | + 0:00.927 | 41 |
9 | 27 | Niko Hülkenberq | Renault | 1:18.775 | + 0:00.974 | 19 |
10 | 31 | Esteban Okon | Force İndia | 1:18.822 | + 0:01.021 | 42 |
11 | 55 | Karlos Sayns | Renault | 1:19.060 | + 0:01.259 | 30 |
12 | 19 | Felipe Massa | Williams | 1:19.206 | + 0:01.405 | 37 |
13 | 28 | Brendon Hartli | Toro Rosso | 1:19.423 | + 0:01.622 | 40 |
14 | 18 | Ləns Stroll | Williams | 1:19.524 | + 0:01.723 | 42 |
15 | 2 | Stoffel Vandorn | McLaren | 1:19.844 | + 0:02.043 | 32 |
16 | 94 | Paskal Verlyayn | Sauber | 1:20.306 | + 0:02.505 | 38 |
17 | 20 | Kevin Maqnussen | Haas | 1:20.318 | + 0:02.517 | 35 |
18 | 9 | Markus Eriksson | Sauber | 1:20.362 | + 0:02.561 | 38 |
19 | 10 | Pyer Qasli | Toro Rosso | 1:21.745 | + 0:03.944 | 10 |
20 | 8 | Roman Qrojan | Haas | 1:25.526 | + 0:07.725 | 3 |