Meksika-2017: Həftəsonuna hava proqnozu

Mexikoda həftəsonuna hava proqnozu mülayim hava vəd edir. Gecələr temperatur maksimum +10 dərəcə olacaq. Gündüzlər isə hava Ferrari-dən çox Mercedes-in xeyrinə olacaq - termometrlər +22 dərəcəni göstərəcəklər.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, cümə günü hava günəşli olacaq, yağıntı gözlənilmir. Nahardan sonra mülayim şimal-qərb küləyi əsəcək, hərarət +24 dərəcəyə qədər yüksələcək. Şənbə və bazar günlərində hava buludlu olacaq. Temperaturun +22 dərəcə olması gözlənilir. Yağıntı ehtimalı isə 10%-dir.

Xatırladaq ki, keçən il burada bütün sessiyalar quru havada baş tutmuşdu.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*