Meksika-2017: Günün sürücüsü – Sebastyan Fettel

Keçən ildən çempionatın təşkilatçıları “Günün sürücüsü” adlı yeni mükafat təsis ediblər. Mükafatın sahibi yarış ərzində çempionatın rəsmi saytında yerləşdirilmiş sorğunun nəticələrinə görə müəyyən edilir.

F-1.az xəbər verir ki, Meksika Qran Prisinə pouldan başlayan, lakin startda Ferstappen tərəfindən keçilən, Həmiltonla yaşadığı təmasdan sonra məcburi pit-stopa görə xeyli gerilərə düşən, yekunda isə dördüncü yerə qədər yüksələn Ferrari-nin sürücüsü Sebastyan Fettel mövsümdə yeddinci dəfə  “Günün Sürücüsü” seçilib.

Qeyd edək ki, seçim azarkeşlərin səsverməsinə əsasən edilir. Səsvermə hər yarışın son 10 dövrəsi ərzində Formula1-in rəsmi internet saytında (f1.com/vote) keçirilir.

Yarış Günün Sürücüsü
Avstraliya Qran Prisi Sebastyan Fettel
Çin Qran Prisi Maks Ferstappen
Bəhreyn Qran Prisi Sebastyan Fettel
Rusiya Qran Prisi Valtteri Bottas
İspaniya Qran Prisi Sebastyan Fettel
Monako Qran Prisi Sebastyan Fettel
Kanada Qran Prisi Sebastyan Fettel
Azərbaycan Qran Prisi Ləns Stroll
Avstriya Qran Prisi Valtteri Bottas
Britaniya Qran Prisi Daniel Rikkardo
Macarıstan Qran Prisi Kimi Rəykkönen
Belçika Qran Prisi Lyuis Həmilton
İtaliya Qran Prisi Daniel Rikkardo
Sinqapur Qran Prisi Lyuis Həmilton
Malayziya Qran Prisi Sebastyan Fettel
Yaponiya Qran Prisi Maks Ferstappen
ABŞ Qran Prisi Maks Ferstappen
Meksika Qran Prisi Sebastyan Fettel
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*