Meksika-2017: Birinci sərbəst yürüşlər

Cümə günü ilk məşqlərə dörd komanda gənc sürücüləri dəvət edib - Force İndia-da Alfonso Seliş Esteban Okonu əvəzləyib, Haas komandası Roman Qrojanın maşınını Antonio Covinatsiyə həvalə edib, Markus Erikssonun əvəzinə Şarl Lekler Sauber-in sükanı arxasına keçib və Şon Gelael Pyer Qaslinin əvəzinə Toro Rosso üçün işləyib.

F-1.az bildirir ki, Hartli, Vandorn və Seliş sessiyanın əvvəlində trasa Halo sistemi ilə çıxıblar. Hava xeyli sərin, asfalt isə tozlu olub, buna görə də komandalar proqramlarını tam yerinə yetirməkdə çətinlik çəkiblər. İlk dəqiqələrdə sürücülər dəfələrlə yoldan çıxıblar, lakin bir qədər sonra trasın vəziyyəti yaxşılaşıb.

Hidravlik sistemdə problem yaşayan Maqnussen maşını mexaniklərə çatdıra bilib, sessiyanın sonunda isə yenidən trasa qayıdıb. Startdan 35 dəqiqə sonra Hartlinin maşınında güc qurğusu sönüb, lakin boksda onu yenidən işə salmaq mümkün olub. Vandorn 3 dövrə vurduqdan sonra boksa qayıdıb – onun maşınına quraşdırılan yeni güc qurğusu qənaətbəxş olmadığından, köhnə versiyaya qayıdıb.

Ferstappen sazlanmalarda ciddi dəyişikliklərə görə xeyli vaxt itirib. Bir saatın tamamında Rəykkönen altıncı döngədə yerində fırlanıb. Seliş 16-cı döngədə qəza edib və sessiya qırmızı bayraqlarla dayandırılıb. Maşının təxliyə edilməsinə görə yaranmış fasilə 8 dəqiqə davam edib.

Restartdan sonra beş sürücü dərhal nəticəsini yaxşılaşdırıb. Protokollara trasın yeni rekordunu müəyyən edən Valtteri Bottas başçılıq edib – 1:17.824. İkinci sessiya Bakı vaxtı ilə 23:00-da başlayacaq…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 77 Valtteri Bottas Mercedes AMG 1:17.824 42
2 44 Lyuis Həmilton Mercedes AMG 1:18.290 + 0:00.466 35
3 33 Maks Ferstappen Red Bull 1:18.395 + 0:00.571 16
4 3 Daniel Rikkardo Red Bull 1:18.421 + 0:00.597 28
5 5 Sebastyan Fettel Ferrari 1:18.586 + 0:00.762 28
6 7 Kimi Rəykkönen Ferrari 1:19.008 + 0:01.184 27
7 11 Serxio Peres Force İndia 1:19.240 + 0:01.416 21
8 14 Fernando Alonso McLaren 1:19.346 + 0:01.522 20
9 19 Felipe Massa Williams 1:19.443 + 0:01.619 32
10 27 Niko Hülkenberq Renault 1:19.552 + 0:01.728 19
11 55 Karlos Sayns Renault 1:19.554 + 0:01.730 24
12 18 Ləns Stroll Williams 1:19.772 + 0:01.948 34
13 20 Kevin Maqnussen Haas 1:20.644 + 0:02.820 16
14 94 Paskal Verlyayn Sauber 1:20.971 + 0:03.147 30
15 50 Antonio Covinatsi Haas 1:21.269 + 0:03.445 26
16 37 Şarl Lekler Sauber 1:21.446 + 0:03.622 28
17 38 Şon Gelael Toro Rosso 1:21.639 + 0:03.815 29
18 28 Brendon Hartli Toro Rosso 1:21.747 + 0:03.923 10
19 34 Alfonso Seliş Force İndia 1:22.342 + 0:04.518 17
20 2 Stoffel Vandorn McLaren 3
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*