F-1.az avtodromun rəsmi saytına istinadən xəbər verir ki, sürücülər yerli vaxtla saat 13:00-da qızdırma dövrəsinə yollanacaqlar, bu vaxt havanın temperaturu +20 dərəcəyə çatacaq, zəif şimal küləyi əsəcək. Startdan bir saat sonra meteoroloqlar əraziyə yağışın yağmasını proqnozlaşdırırlar – hələlik yağıntıların ehtimalı 40% təşkil edir…
Meksika-2016: Yarışa hava proqnozu
Cümə və şənbə günlərini sürücülər Rodriqes Qardaşları trasında quru havada işləmişdilər, amma bazar günü Meksikanın paytaxtında yağış yağması gözlənilir.