F-1.az xəbər verir ki, bu gün keçirilən üçüncü sərbəst yürüşlər zamanı da hava sərin olub – hərarət maksimum +14 dərəcəyə qədər qalxıb. Sürücülər ilk dəqiqələrdən etibarən trasa çıxıblar, Rikkardo və Ferrari sürücüləri isə ilk 20 dəqiqəni boksda keçiriblər. Sıralanma turunda və yarışda daha isti olacaq – sərbəst yürüşlərin son sessiyasının gedişində də asfalt +22 dərəcədən +34 dərəcəyə qədər qızıb. Komandalar sazlanmalarda bu amili nəzərə almalıdırlar.
Sessiya sakit keçib. Sessiyanın ilk hissəsində Həmilton ən sürətli olub – britaniyalı Soft təkərlərlə 1:19.721-lik nəticə göstərib. Sessiyanın gedişində asfaltın istiliyinin 10 dərəcədən də çox artması ilə sürücülər SuperSoft təkərlərlə işləməyə başlayıblar. Maks Ferstappen trasın yeni konfiqurasiyasının rekord nəticəsini göstərib – 1:19.137. Həmilton ona cüzi uduzub.
Bizi nahardan sonra olduqca gərgin sıralanma turu gözləyir…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 33 | Maks Ferstappen | Red Bull | 1:19.137 | – | 16 |
2 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:19.231 | + 0:00.094 | 23 |
3 | 3 | Daniel Rikkardo | Red Bull | 1:19.370 | + 0:00.233 | 17 |
4 | 6 | Niko Rosberq | Mercedes AMG | 1:19.618 | + 0:00.481 | 27 |
5 | 77 | Valtteri Bottas | Williams | 1:19.811 | + 0:00.674 | 19 |
6 | 5 | Sebastyan Fettel | Ferrari | 1:19.937 | + 0:00.800 | 16 |
7 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:19.994 | + 0:00.857 | 16 |
8 | 19 | Felipe Massa | Williams | 1:19.997 | + 0:00.860 | 22 |
9 | 27 | Niko Hülkenberq | Force İndia | 1:20.255 | + 0:01.118 | 21 |
10 | 55 | Karlos Sayns | Toro Rosso | 1:20.325 | + 0:01.188 | 22 |
11 | 11 | Serxio Peres | Force İndia | 1:20.472 | + 0:01.335 | 20 |
12 | 26 | Daniil Kvyat | Toro Rosso | 1:20.586 | + 0:01.449 | 20 |
13 | 14 | Fernando Alonso | McLaren | 1:20.600 | + 0:01.463 | 18 |
14 | 30 | Colion Palmer | Renault | 1:20.959 | + 0:01.822 | 18 |
15 | 22 | Censon Batton | McLaren | 1:21.152 | + 0:02.015 | 19 |
16 | 9 | Markus Eriksson | Sauber | 1:21.245 | + 0:02.108 | 21 |
17 | 21 | Esteban Qutyerres | Haas | 1:21.338 | + 0:02.201 | 16 |
18 | 20 | Kevin Maqnussen | Renault | 1:21.345 | + 0:02.208 | 17 |
19 | 8 | Roman Qrojan | Haas | 1:21.601 | + 0:02.464 | 15 |
20 | 30 | Paskal Verlyayn | Manor | 1:21.758 | + 0:02.621 | 23 |
21 | 31 | Esteban Okon | Manor | 1:21.921 | + 0:02.784 | 22 |
22 | 12 | Felipe Nasr | Sauber | 1:22.354 | + 0:03.217 | 18 |