Cümə axşamı Niko Rosberq (Mercedes AMG), Karlos Sayns (Toro Rosso), Serxio Peres (Force İndia), Esteban Qutyerres (Haas), Markus Eriksson (Sauber) və Esteban Okon (Manor) jurnalistlərin suallarına cavab verməli olacaqlar.
Cümə günü isə sürücüləri komandaların məsul işçiləri – Erik Bulye (McLaren), Robert Förnli (Force İndia), Mayk O’Driskoll (Williams), Frants Tost (Toro Rosso) və Deyv Rayan (Manor) əvəz edəcəklər.
F-1.az xatırladır ki, şənbə və bazar günləri mətbuat konfransına sıralanma turu və yarışın ilk üçlüyü dəvət olunur…