F-1.az bildirir ki, Red Bull Ferstappenin bolidinin əyləclərindəki problemi həll etdiyi üçün gənc sürücü digər sürücülər kimi ilk dəqiqələrdən trasa üz tutub. Qrojan isinmə dövrəsini başa vurub boksa qayıdıb – onun bolidində ERS problemi olub və bu problemin aradan qaldırılması bir saat vaxt alıb. Fernando Alonso 25 dövrə vurduqdan sonra bolidində yaranan problemə görə sessiyanı vaxtından əvvəl başa vurub. Sessiyanın sonunda isə Daniil Kvyatın bolidi motorun güc itirməsinə görə pit yolunda qalıb.
Komandalar sazlanmaları tapmaq və hər üç təkər tərkibinin necə işlədiyini yoxlamaq istiqamətində çalışıblar.
Sebastyan Fettel SuperSoft-la sessiyanın əvvəlində vurduğu dövrə ilə protokollara başçılıq edib – 1:19.790. Sabah məşqlər davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 5 | Sebastyan Fettel | Ferrari | 1:19.790 | – | 47 |
2 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:19.794 | + 0:00.004 | 37 |
3 | 6 | Niko Rosberq | Mercedes AMG | 1:20.225 | + 0:00.435 | 46 |
4 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:20.259 | + 0:00.469 | 37 |
5 | 3 | Daniel Rikkardo | Red Bull | 1:20.448 | + 0:00.658 | 43 |
6 | 27 | Niko Hülkenberq | Force İndia | 1:20.574 | + 0:00.784 | 43 |
7 | 33 | Maks Ferstappen | Red Bull | 1:20.619 | + 0:00.829 | 42 |
8 | 77 | Valtteri Bottas | Williams | 1:20.629 | + 0:00.839 | 41 |
9 | 55 | Karlos Sayns | Toro Rosso | 1:20.974 | + 0:01.184 | 46 |
10 | 14 | Fernando Alonso | McLaren | 1:21.003 | + 0:01.213 | 25 |
11 | 26 | Daniil Kvyat | Toro Rosso | 1:21.193 | + 0:01.403 | 39 |
12 | 22 | Censon Batton | McLaren | 1:21.198 | + 0:01.408 | 39 |
13 | 19 | Felipe Massa | Williams | 1:21.326 | + 0:01.536 | 45 |
14 | 20 | Kevin Maqnussen | Renault | 1:21.442 | + 0:01.652 | 39 |
15 | 11 | Serxio Peres | Force İndia | 1:21.579 | + 0:01.789 | 41 |
16 | 30 | Colion Palmer | Renault | 1:21.785 | + 0:01.995 | 44 |
17 | 94 | Paskal Verlyayn | Manor | 1:21.980 | + 0:02.190 | 42 |
18 | 9 | Markus Eriksson | Sauber | 1:21.997 | + 0:02.207 | 42 |
19 | 12 | Felipe Nasr | Sauber | 1:22.037 | + 0:02.247 | 43 |
20 | 8 | Roman Qrojan | Haas | 1:22.105 | + 0:02.315 | 14 |
21 | 31 | Esteban Okon | Manor | 1:22.298 | + 0:02.508 | 44 |
22 | 21 | Esteban Qutyerres | Haas | 1:22.408 | + 0:02.618 | 33 |