F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, cümə günündən şənbə gününə qədər hava buludlu olacaq. Hərarətin +20 dərəcə ilə +22 dərəcə arasında dəyişəcəyi gözlənilir. Yarış günü yağışın yağma ehtimalı 80% qiymətləndirilir, lakin gecə saatlarında yağacağı gözlənilir.
Xatırladaq ki, keçən il burada cümə günü keçirilən sərbəst yürüşlər yağışlı havada baş tutmuş, şənbə və bazar günləri isə hava quru olmuşdu…