F-1.az bildirir ki, Verlyayn, Massa, Nasr və Peres Halo sistemi ilə trasa çıxıblar. Kiçik bir fasilədən sonra adı çəkilən sürücülər sərbəst yürüşlərdəki ənənəvi proqramlarına başlayıblar. Halo sistemini yoxlamaq növbəsi isə Maqnussenə çatıb.
Startdan yarım saat keçdikdən sonra sessiya qırmızı bayraqlarla dayandırılıb. Buna səbəb Nasrın bolidinin sərt döngədə ön qanadının qırılması olub. Braziliyalı sürücü bolidini sərbəst şəkildə boksa gətirib. Marşallar trası təmizləyiblər və 8 dəqiqə fasilədən sonra sessisya yenidən başlayıb. Nasr bir də sessiyanın sonunda trasa qayıdıb.
Komandalar əyləclərin soyutma sistemlərinin konfiqurasiyaları üzərində eksperimentlər aparıblar. Ardıcıl dövrələrdən sonra boksa qayıdan Maksın arxa əyləcləri alovlanıb və yanğınsöndürənlərdən istifadə olunub. Mexaniklər maşının üzərində işləsələr də, Maks sessiyanı vaxtından əvvəl tamamlayıb.
Keçən il ilk yarış olduğundan asfalt örtüyü yeni idisə də, bu il asfaltla ilişmə artıb və sürücülər artıq sessiyanın əvvəlində keçən il sərbəst yürüşlərdə göstərilmiş nəticələri bir neçə saniyə üstələyiblər. Sessiyanın sonunda 16-cı döngənin olduğu hissədə az miqdarda yağış yağsa da, trasın vəziyyətinə təsir etməyib.
Həmilton protokollara başçılıq edib – 1:20.914. Növbəti iki yeri Ferrari sürücüləri tutublar, onları isə Force İndia sürücüləri izləyiblər. Çempionatın lideri Rosberq ancaq yeddinci ola bilib. Nahardan sonra məşqlər davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:20.914 | – | 34 |
2 | 5 | Sebastyan Fetteı | Ferrari | 1:20.993 | + 0:00.079 | 23 |
3 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:21.072 | + 0:00.158 | 19 |
4 | 11 | Serxio Peres | Force İndia | 1:21.200 | + 0:00.286 | 23 |
5 | 27 | Niko Hülkenberq | Force İndia | 1:21.409 | + 0:00.495 | 23 |
6 | 77 | Valtteri Bottas | Williams | 1:21.447 | + 0:00.533 | 34 |
7 | 6 | Niko Rosberq | Mercedes AMG | 1:21.673 | + 0:00.759 | 32 |
8 | 3 | Daniel Rikkardo | Red Bull | 1:21.727 | + 0:00.813 | 27 |
9 | 19 | Felipe Massa | Williams | 1:21.836 | + 0:00.922 | 31 |
10 | 26 | Daniil Kvyat | Toro Rosso | 1:22.215 | + 0:01.301 | 29 |
11 | 8 | Roman Qrojan | Haas | 1:22.500 | + 0:01.586 | 21 |
12 | 55 | Karlos Sayns | Toro Rosso | 1:22.563 | + 0:01.649 | 32 |
13 | 9 | Markus Eriksson | Sauber | 1:22.723 | + 0:01.809 | 17 |
14 | 33 | Maks Ferstappen | Red Bull | 1:22.877 | + 0:01.963 | 10 |
15 | 21 | Esteban Qutyerres | Haas | 1:22.910 | + 0:01.996 | 23 |
16 | 14 | Fernando Alonso | McLaren | 1:23.089 | + 0:02.175 | 25 |
17 | 12 | Felipe Nasr | Sauber | 1:23.089 | + 0:02.175 | 12 |
18 | 22 | Censon Batton | McLaren | 1:23.342 | + 0:02.428 | 24 |
19 | 20 | Kevin Maqnussen | Renault | 1:23.556 | + 0:02.642 | 32 |
20 | 31 | Esteban Okon | Manor | 1:24.083 | + 0:03.169 | 30 |
21 | 30 | Colion Palmer | Renault | 1:24.097 | + 0:03.183 | 35 |
22 | 94 | Paskal Verlyayn | Manor | 1:24.350 | + 0:03.436 | 28 |