Meksika-2016: Texniki analiz

Hadisələrlə dolu Meksika Qran Prisi 2017-ci ilə hazırlığa bənzəyən parada oxşayırdı. Mühəndislər Kuboku uğrunda mübarizədə hər şey aydındır. Artıq komandalar 2017-ci ilə istiqamətləniblər. F-1.az Meksika Qran Prisində ən çox nəzərə çarpan texniki yeniliklərlə sizi tanış edir.

Ferrari SF16-H splitterində qanadcıq

fer-splitt

 

Ostində baş vermiş problemlərdən sonra İtaliya komandası konstruksiyanı yeniləndirdi – Meksika Qran Prisindən əvvəlki texniki yoxlamanı maşın artıq yeni konstruksiyada keçirdi.

Amerika mərhələsinin cümə günü sərbəst yürüşlərin gedişində Sebastyan Fettelin maşını aerodinamik elementi itirdi – buna görə hətta sessiyanı dayandırmaq lazım gəldi.

Bu element Ferrari-nin burun hissəsinin aşağısında, splitterdən yuxarı quraşdırılmış qanadcıq idi. Alman sonuncudan əvvəlki döngədə porebrikə geniş girdikdə – o, sükanı yalnız bir əli ilə saxlayırdı, çünki ikincisi ilə arxa görünüş güzgüsünü fiksə etməyə çalışırdı, – qanadcıq titrəyiş üzündən qopdu.

fer-split-2

 

Qopub kənara uçmuş qanadcıq ilk dəfə Silverstounda reallaşdırılmış (solda) və sonradan yerini Yaponiyada (sağda) “yarasa qanadına” vermiş ideyanın inkişaf etdirilməsi oldu.

fer-split-3

 

Qeyd etmək lazımdır ki, Ferrari-nin ideyasının McLaren-in Hokkenhaymda təqdim etdiyi ideya ilə (illüstrasiyada yuxarıda) ümumi olan çox şeyi var – o isə öz növbəsində Red Bull-un indiki mövsümün startında göstərilmiş konsepsiyasının davamıdır.

fer-split4

 

Bütün bu cür qurğular, istər dönmə pərləri ilə cütlükdə olsun və yaxud həmin funksiyanı splitterin özü yerinə yetirmiş olsun, Y250 böyük qasırğasını maşının gövdəsi boyu arzuedilən istiqamətdə yönləndirən həyəcanlanmanın yaradılmasına xidmət edir.

Maraqlıdır ki, Ferrari-də artıq sayca üçüncü həlli sınaqdan keçirirlər – və açıq-aşkar bunu lap indicə səmərəliliyi artırmaq cəhdi olaraq deyil, həm də aerodinamikadakı gözlənilən dəyişikliklər nəzərə alınmaqla növbəti il hədəf götürülərək edirlər.

Digər şeylər içərisində, onlar “burunun” 200 mm uzanmasını (850-dən 1050 mm-dək) da daxil edirlər ki, bu da onların ön qanadın neytral seksiyası ilə qarşılıqlı təsirini dəyişdirir. Axınların strukturu bu yerdə başqa olacaq.

Bundan savayı, neytral seksiyanın özü qanadla birlikdə deltaşəkilli forma alacaq ki, bu da mütləq Y250-nin parametrlərində özünü göstərəcək. Nəhayət, yan deflektorların ölçüsü əhəmiyyətli dərəcədə artacaq – bu qabaq təkərlərdən olan turbulent havanın digər axınlarla qarşılıqlı təsirinə radikal təsir göstərəcək.

Və sonuncusu – splitter 100 mm qısalacaq və deməli, şassi daha faəl surətdə irəli “yıxılacaq” ki, bu da həmçinin havanın altlığın aşağısından – onun öz kənar-haşiyəsi də deltaşəkilli olacaq – və üstündən keçməsində özünü göstərəcək.

Bütün bu parametrlər ən radikal şəkildə ümumi mənzərədə əksini tapacaq – şübhə yoxdur ki, təzyiq mərkəzi 2017-ci ildə başqa nöqtəyə dəyişiləcək ki, bu da gələcəkdə irəli hərəkət eləmək üçün bir çox məsələlərə köklü surətdə yenidən baxılmasını tələb edəcək.

 

Red Bull RB12-nin soyutma sistemi

Milton-Kinsdə daima aerodinamikanın maraqlarını soyudulmaya olan tələblərdən yuxarı tuturdular. Ancaq Mexikonun seyrək havasında prinsiplərdən əl çəkmək lazım gəldi.

RB12-nin arxa hissəsini peletonda ən zərif hesab etmək lazım gələcək. Çətin ki, gövdə panellərinin, bunların altında yerləşən şassi qovşaqlarını daha yaxşı əhatələyən konfiqurasiyasını təsəvvürə gətirmək mümkün olsun.

rb1

 

Lakin Meksikada komanda öz inanclarını qurban verəsi oldu, maşının gövdəsində soyuyan havanın çıxması üçün əlavə dəliklər açdı. Bunlardan biri arxa asılqanın yuxarı ön linkinin bərkidilmə yerindədir (oxla göstərilib).

Red Bull-a görə bu, nəsə təzə bir şeydir, amma Mercedes W07-də biz artıq indiki mövsümün gedişində bir neçə dəfə çox oxşar həllər görmüşük.

Güc qurğusunun elementləri tərəfindən ayrılan istilik bu cür dəlik vasitəsilə tez bir zamanda çölə çıxarılır – bu vaxt onun forması onsuz da elə seçilib ki, ən az mümkün ölçüdə aerodinamik səmərəlilikdə özünü göstərsin.

 

Toro Rosso-nun genişlənmiş əyləc havauducuları

Xarici şəraitlər nöqteyi-nəzərindən Meksika Qran Prisi təqvimdə xüsusi yer tutur. İlk növbədə bu dəniz səviyyəsindən 2285 metr yüksəkliklə şərtlənir – həmin səbəbdən burada hava xeyli seyrəkdir.

str1

 

Bu fakt komandalara bir neçə problem yaradır. Aerodinamik səmərəlilik, güc qurğusu haqqında qayğılanmaq lazım gəlir, amma ən əsas diqqəti əlbəttə ki, soyutma məsələlərinə ayırmaq gərəkdir. O maksimal səmərəli olmalıdır.

Toro Rosso-da bu dəfə ön əyləclərin havauducularının növbəti yeniləndirilməsini gətirmişdilər. Onlar xeyli böyüdülər – əvvəllər bu qədər iri giriş dəliyini biz hələ görməmişdik.

Adətən komandalar fotomuzda təsvir olunmuş bu cür ağzıgen qıfabənzərlikdən, ümumiyyətlə, istifadə etmirlər – təkərin yanlığı və şaquli lövhə arasındakı dar şaquli yarığa düşən o hava ilə kifayətlənirlər. Soyutma nöqteyi-nəzərindən ən səmərəli sxem deyil, amma çoxlu aerodinamik müsbətləri var.

Ancaq bu dəfə şaquli lövhədən imtina etmək qərarına gəlinib – mümkün qədər çox hava yığmaq və onu yenidən birbaşa əyləc mexanizmlərinə yönləndirmək.

 

McLaren 2017-ci ilə hazırlığı davam etdirir

mc1

 

Ostində başlanğıc götürmüş müxtəlif elementlərin davranışının öyrənilməsi proqramı Mexikoda davam etdirildi.

Censon Battona cümə gününün səhər məşqi çərçivəsində işlərin əsas həcmini yerinə yetirmək tapşırıldı. Onun maşınını hava axınlarının vizuallaşdırılması üçün böyük miqdarda xüsusi boya ilə boyadılar – o cümlədən, boya ön qanada və şassi elementlərinə çəkildi.

mc2

 

Həmçinin, siz önə və arxaya istiqamətlənmiş infraqırmızı kameralar görə bilərsiniz. Bunlar pilotdan hər iki tərəfdə olan yan pontonların qabaq hissəsində yerləşən üfüqi elementlərdə quraşdırılıb. Bu minvalla komanda təkərlər barəsində əlavə məlumat toplayır.

mc3

 

Diqqətəlayiqdir ki, McLaren-də qətiyyən başqa komandalarda olduğu kimi hərəkət etmirlər – əyləc barabanlarındakı kəsikləri bağlayaraq içəridə mümkün qədər çox istilik saxlamağa çalışırlar.

 

Williams FW38-in ön əyləcləri

Meksika Qran Prisində komandaya ön təkərlər sahəsində aerodinamik səmərəliliyi qurban vermək lazım gəldi.

Ənənəvi olaraq Qrouvdakı mühəndislər şaquli lövhəni işə qoşdular ki, hansısa əlavə havauducuların köməyinə üz tutmadan həmin lövhədən, onunla təkərin yanlığının arasına düşən havanın soyudulması üçün istifadə etsinlər.

vv1

 

Bu həmin sahədəki hava axınlarının mənfi təsirini nəzərəçarpacaq qədər azaltmağa imkan verir. Lakin orta dağlıq ərazi şəraitinin hava seyrəkliyinə gətirib çıxardığı Meksikada Williams-da şaquli lövhənin iç tərəfinə nazik şaquli havauducu əlavə etməklə soyutmanın səmərəliliyini artırmağa üstünlük verdilər.

Əgər standart konfiqurasiyadan istifadə edilsə, aerodinamik səmərəliliyin hesabına sıralanmaya bir qədər əlavəetmə gözləmək olardı, amma, yarışda ifrat qızma və əyləc mexanizmlərinin işinin dayanması riski mövcud idi.

Bu, finişə üç yarış qalmış, Force İndia ilə gərgin mübahisəni nəzərə almaqla ifrat arzuedilməz nəticə olardı – xüsusən də Rodriqes qardaşları trasının uzun düz hissələrində  Williams-ın pilotlarının yaxşı nəticələrə çatmaq üçün heç də pis şanslarının olmamasını nəzərə aldıqda.

 

Mercedes-in ön qanadı və əyləc havauducusu

m1

 

Dünya çempionları 2017-ci il üçün ideyaların yoxlanılması üzrə işi davam etdirirlər. Mexikoda hər iki pilotu buna cəlb etdilər.

Hazırda aktual yeniliklərdən biri əsas səth, yan lövhə və xarici üfüqi elementin çulğalaşdıqları yerdə ön antiqanad üçün olan həldir.

Biz artıq gördük ki, komanda uzununa dəliyin uzunluğu ilə olan konsepsiyanı burada necə sınaqdan çıxardı. Bu dəfə ideya inkişaf etdi: bərkidici metal elementlər öz yerləşməsini dəyişdi.

Belə qərar əsas səthin, dəliklə ayrılmış hissələrinin hərəsində biri olmaqla iki qasırğa yaratmağa imkan verir. Daha iki cüt qasırğalanma yan plastinin çöl tərəfində meydana çıxır, bunun üçün orada hətta getdikcə aşağıya doğru daha güclü əyilməyə başlayan bitişik elementin formasında dəyişiklik edildi.

2017-ci ildə ön qanad və təkərlərin daha geniş olacağını nəzərə almaqla, komandalara artıq indidən elementlərin mütənəasibliyi ilə “oynamaq” maraqlıdır ki, havanı ön təkərlərdən yan keçməklə necə daha yaxşı buraxmağı başa düşmək mümkünə çevrilsin. Bu, xüsusən də deflektorlardakı və yan pontonlardakı dəyişikliklərin axınların burun hissədə maşının gövdəsinə yaxınlıqda yenidən istiqamətləndirilməsini tələb etməsi ilə bağlı olaraq daha əhəmiyyətlidir.

Yuxarıdakı fotoda göstərilmiş yeni versiyanın aşağıda gördüyünüz W07 üçün ənənəvi olandan necə fərqləndiyini sezmək asandır.

m2

 

Bundan başqa, əyləclərin soyudulmasına olan tələblər əyləclərin “barabanlarının” qismən açılmasına gətirib çıxardı. Bu istiliyin təkərin çöl səthi tərəfinə daha tez çıxmasına imkan verir.

m3

 

Mercedes-in daha bir kiçik yenilənməsi, göründüyü kimi, trasda məlumatların toplanmasından ötrü yox, pit-stopların məşq-işləmələri zamanı mühəndislərin hərəkətlərinin fiksə edilməsi üçün istifadə olunur. Bu, Rosbergin W07-sində quraşdırılmış 360 dərəcəlik kameradır. Onun vəzifəsi – bokslarda maşınlara daha sürətlə xidmət göstərilməsinin necə mümkün olması üzərində düşünüb-daşınanlara informasiya verməkdir.

 

Red Bull pilotları və “meymun oturacağı”

rb1

 

Mexikonun seyrək havasında F1 pilotlarının arzu edilən tarazlığa yetişmələri ənənəvi olaraq asan deyil. Daniel Rikkardo, maşına asfaltayatma qüvvəsi əlavə etmək üçün maraqlı addım atdı.

Cümə günü avstraliyalının özü və onun komanda yoldaşı Maks Ferstappen trasda eyni RB12 konfiqurasiyasında işləyirdilər – məlum oldu ki, bu zaman bir sürətli dövrədə maşının yaxşı sürətinə nail olmaq çox mürəkkəb iş idi.

Hollandiyalı şənbə günü arxa hissədə hər şeyi saxlamağa üstünlük verdi, Rikkardo isə tarazlıqla bağlı vəziyyəti yaxşıya doğru dəyişmək üçün final məşqində kiçik qanadcıq – “meymun oturacağı” – əlavə etmək qərarına gəldi.

Motorsport.com-un bu cür addımın səbəbi ilə bağlı sualına cavab verərək Daniel dedi: “Biz bu qərara cümə günü axşam gəldik ki, asfaltayatma qüvvəsi azca artırılsın.

Uik-endin ilk günündə hissiyyat pozitiv idi, amma bu, güman edirəm ki, trasla bağlıdır. Lakin onun vəziyyəti bizim gözlədiyimiz qədər yaxşılaşmadı və temp üzrə biz elə bil ki, yaxşı mövqedə olsaq da, mən balansdan razı deyildim. Şənbə günü isə asfalt örtüyün vəziyyəti cümə günü nahardan sonra olduğundan az qala daha pis idi.

İzafi asfaltayatma qüvvəsi diffuzor və arxa qanad arasında olan əlaqə sayəsində meydana çıxır – “meymun oturacağı” məhz bu sahədə yerləşir. Aydındır ki, Rodriqes qardaşları trasının uzun düz hissələrində avstraliyalı daha az sərfəli şəraitdə idi, amma döngələrdə maşınlar daha az sürüşürdülər.

Əgər biz təkərlərin resursu haqqında danışırıqsa, sonuncu olduqca mühümdür – bu amili isə Mexikoda hamı çox əhəmiyyətli hesab edir.

rb2

 

Şənbə gününün səhər sessiyasında yer almış daha bir maraqlı əhvalat Mercedes-lə bağlıdır. Komanda Mexikoya təcrübi ön qanad, 2017-ci il üçün özünəməxsus “səyyar laboratoriya” gətirdi – və onu ehtiyat kimi Lyuis Həmilton üçün saxladı.

Mövsümün sonunda komandaların adətən o qədər də çox ehtiyat hissələri olmur, belə vəziyyət də elə ona görə baş verdi.

Əgər Lyuis yarışın gedişində ön qanadı iki dəfə zədələsə, onun maşındakı yerini məhz həmin nüsxə tutacaqdı. Nəzərə alsaq ki, onun tamamilə başqa aerodinamik xarakteristikaları var, bu W07-nin davranışında özünü ən neqativ şəkildə büruzə verə bilərdi.

rb3

 

Nəhayət, McLaren-də cümə günü havalandırmanın dəliklərinin bağlı olduğu əyləc barabanları ilə işlədilər. Ancaq təkərlərin temperatura həssaslığı komandanı çıxış ixtisaslaşmasına (fotoda yuxarıda) geri dönməyə vadar etdi.

Mənbə: Giorgio Piola, Matt Somerfield, Afgan Haji
, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*