Apelyasiya Məhkəməsi Renault-nun iddiasını təmin edib və cəriməni dəyişib – komanda Valensiyada starta çıxacaq, amma 50 min dollar cərimə ödəyəcək. Məhkəmənin qərarı əvvəldən söylənildiyi kimi sabah deyil, bu gün axşam elan olunub…
FİA-nın Apelyasiya Məhkəməsinin qərarı:
Renault komandası məhkəmədə idman reqlamentini pozmasını etiraf edib – 7 nömərli maşının təhlükəsizlik qaydalarına əməl olunmaması sayəsində pit-stopdan təhlükəli çıxış alınıb. Amma komanda stüardların qərarı ilə razılaşmayıb. Tərəflərin arqumentlərinə qulaq asdıqdan sonra məhkəmə aşağıdakıları qərara alıb:
1. İddianı təmin etmək – stüardların cəriməsi ləğv olunur.
2. Komandaya xəbərdarlıq etmək və 50 min dollar cərimə təyin etmək.
Bu qərarın qəbul olunma səbəbləri yaxın günlərdə elan olunacaq…