McLaren yeniliklərlə gələcək

McLaren komandasının rəhbəri Zek Braun mövsümün ilk yarışı Avstriyaya yeniliklərlə gələcəklərini deyib.

F-1.az xatırladır ki, Britaniya komandası keçən mövsüm Mühəndislər Kubokunda 4-cü olub və bu mövsüm də ən azı bu nəticəni davam etdirmək istəyir.

Zek Braun: “Avstriya yarışı üçün yeniliklərimiz olacaq. Bu il bəzi detalların inkişafı dondurulduğu üçün az yenilik olacaq. Sərbəst olduğumuz sahələrə fokuslanacağıq. Jeton sistemi Renault motorundan Mercedes motoruna keçdiyimiz dövrdə bizə cəza olacaq.

Bu dəyişikliklərə görə jeton itirəcəyik və bu da bizə növbəti mövsümdə məhdudiyyətlər gətirəcək. Ancaq inanıram ki, Mercedes motoru bu itkini kompensə edəcək. Lakin bu məhdudiyyətlər inkişafa mane olacaq. Buna görə də Avstriyadakı sıralanma növbəti ilyarım ərzində də davam edəcək. Çünki artıq inkişaf edə bilməyəcəyik. Gərək əvvəldən güclü bolidiniz olsun.

Barselona testlərində bolidimizdən razı qaldıq. Ancaq Racing Point keçən ilin Mercedes-idir və güclü olacaq. Ümumilikdə, orta qrup çox yaxındır. Heç kim çox geridə deyil. Hətta, Williams belə rəqiblərinə yaxındır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*