F-1.az xatırladır ki, Automation Anywhere şirkəti proqramlaşdırmanı təkmilləşdirmək üzrə mütəxəssisləşib və son illərdə böyüyüb.
Şirkətin loqotipləri növbəti mövsümdən etibarən bolidin üzərində olacaq.
Zek Braun: “Automation Anywhere-nin McLaren ilə Formula1-ə daxil olması bizi sevindirir. Çempionatda uğurlu olmaqçün, işçilərimizin trasdakı nəticələrə fokuslana bilməsi üçün texnoloji inkişafı izləməliyik.
Automation Anywhere şirkəti də bizə bu mövzuda kömək edəcək. Növbəti mövsümdən etibarən birlikdə işləyəcəyik və səbirsizliklə gözləyirik”.