F-1.az xatırladır ki, Britaniya təmsilçisi 2015-ci ildə Honda mühərriyinə keçmiş və bununla da qara zolağa düşmüşdü. Formula1-in ən titullu komandalarından biri Honda mühərriyi işlətdiyi dövrdə podiuma belə yüksələ bilməmişdi. Buna görə də McLaren 2017-ci ilin sonunda yaponiyalı istehsalçıdan ayrılaraq, Renault mühərriyinə keçib.
Komanda bu il tarixində ilk dəfə Renault mühərriklərindən istifadə edəcək.
McLaren-in yayımladığı bir videoda bolidin narıncısı olduğu görünmüşdü. Bugünkü təqdimatda isə maşının mavi, qarq və narıncı rəng çalarlarında olduğu müəyyənləşib. Komanda həm bolidin arxa qanadını, həm də ön qanadın bir hissəsini mavi rəngə boyayıb. Sürücü nömrələri də mavi rəngdədir. Halo isə qara rəngə boyanıb. Mühərrik qapağı isə ənənəvi halına qayıdıb…
Bolidin saydpodlarında heç bir sponsor loqotipi yoxdur. Lakin növbəti həftələrdə yeni sponsorun elan olunması gözlənilir…