McLaren yeni qaydalardan razı deyil

McLaren Honda komandası 2017-ci ildən tətbiq ediləcək məcburi mühərrik təchizatı qaydaları barədə FİA ilə danışıqlara başlayıb.

F-1.az xatırladır ki, FİA gələn il üçün mühərrik təminatçılarından tələb edir ki, onlar güc qurğusu tapa bilməyən komandaları güc qurğusu ilə təmin etsinlər.

Honda bu qaydadan razı olmasa da, bildirib ki, onlar ikinci komandanı mühərriklə təmin edə bilərlər.

Yusuke Haseqava, Honda Motorsport: “FİA ilə görüşməyimizin səbəbi bu qaydaları müzakirə etmək idi. McLaren istəmir ki, biz mühərriklərimizi ikinci bir komandaya verək. Bu da təbii haldır. Rəqiblərini təkmilləşdirmək istəmirlər. Honda da məcburi iş görmək istəmir. Ancaq qaydalar belədir və Formula1-in qaydalarını dəstəklədiyimiz üçün məmnun olarıq”.

Erik Bulye də bu barədə FİA ilə danışıqlar apardığını bildirmişdi: “Bu qaydaların nəticəsi barədə FİA ilə hələ də müzakirələr aparırıq. Bu qaydaların böyük hissəsi ilə razıyıq. Amma danışıqların davam etməsinin səbəbi qaydalardakı bir neçə maddədir. Bu barədə bizim də fikirlərimiz və mövqeyimiz var. Honda ilə bir yerdə idmana böyük miqdarda investisiya qoyuruq. Biz çalışırıq ki, qısa müddətdə rəqabətədavamlı mühərrik yarada bilək. Buna görə də fikirlərimiz fərqli ola bilər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*