McLaren yeni maşında Mercedes mühərrikini işə salıb

Komandalar yeni mövsümə hazırlıqlarını davam etdirirlər. Bu ildən Mercedes-lə yenidən əməkdaşlıq edəcək McLaren komandası yeni maşını MCL35M-də mühərriki işə salıb.

F-1.az bildirir ki, bu cəhd uğurlu alınıb və komandanın mətbuat xidməti sosial şəbəkələrdə buna həsr olunmuş kiçik videoçarx paylaşıb. Təbii ki, avtomobil nümayiş etdirilməyib – bunun üçün bir neçə həftə gözləmək lazım gələcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*