McLaren-in yeni gənc ulduzu

Bizim günlərin ən istedadlı kartinq ustası hollandiyalı Nik de Vris karyerasını McLaren komandasının dəstiyi ilə davam etdirəcək. Komandanın başçısı Martin […]

Bizim günlərin ən istedadlı kartinq ustası hollandiyalı Nik de Vris karyerasını McLaren komandasının dəstiyi ilə davam etdirəcək. Komandanın başçısı Martin Uitmarş gizlətmir ki, ondan ikinci Lyuis Həmilton yetişdirmək istəyir.

Hazırda de Vrisin cəmi 14 yaşı var və öz yaş qrupunda (KF3 sinfində) son iki ildə o demək olar ki, hər şeyi udub, o cümlədən Almaniya çempionatını, Avropa çempionatını və Dünya WSK kart seriyasını. Əlbəttə, sürətli hollandiyalı sürücü bir çox top-komandaların rəhbərlərinin diqqətində idi. Bir zaman sürücüyə Ferrari tərəfindən marağın olması söylənilirdi, amma indi o McLaren-in himayəsi altındadır…

Martin Uitmarş: “Bizim komandamız uzun müddətdir ki, gənc sürücülərə kömək edir – biz hesab edirik ki, gənc sürücülərin yetişdirilməsi bizim idmanın vacib hissəsidir və biz gələcəkdə də bu işi davam etdirəcəyik. Nikin əla perspektivləri var və biz ona lazımi köməyi etməklə onu dəstəkləyəcəyik.”

Bu zaman istər-istəməz Lyuis Həmiltonla paralellər yaranır – qeyd edək ki, Nik hətta xarici görkəminə görə dünya çempionuna oxşayır, onun meneceri isə Lyuisin atası Əntoni Həmiltondur. Zaman göstərəcək ki, kartinq ulduzu britaniyalı sürücünün zəfərini təkrarlaya biləcəkmi?

Nik de Vris: “McLaren-in Texnoloji Mərkəzinə səfər mənim üçün fantastik təcrübə oldu, mən çox şadam və komandaya dəstəyə və karyeramın davamı üçün köməyə görə təşəkkür edirəm. Onların böyük resursları var, bu mənə imkan verir ki, öz vərdişlərimi və fiziki formamı təkmilləşdirim və yarış təcrübəsi toplayım.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*