McLaren yeni bolidinin təqdimat tarixini açıqlayıb

McLaren komandasının mətbuat xidməti komandanın rəsmi tvitter bloqunda bildirib ki, yeni bolid fevralın 21-də təqdim olunacaq.

Bolidin təqdimatı Barselonadakı mövsümöncəsi testlərdən bir gün əvvəl baş tutacaq.

F-1.az xəbər verir ki, komanda bolidə ad seçərkən ənənəyə sadiq qalib – yeni bolid MP4-31 adlanacaq.

Xatırladaq ki, komanda 2015-ci ildə zəif təsir bağışlamış, 27 xalla sadəcə Manor-u qabaqlayaraq 9-cu ola bilmişdi.

Ədrian Nyui başda olmaqla, bir çox mütəxəssis McLaren Honda-nın 2016-cı ildə daha güclü olacağını proqnozlaşdırır.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*