McLaren yeni arxa qanaddan ümidlidir

McLaren-in rəhbəri Zek Braun bildirib ki, yeni arxa qanad test ediblər.

F-1.az xatırladır ki, “narıncılar” son yarışlarda sürətləniblər və bunun səbəbi yeniliklər idi. Britaniya təmsilçisi gələn ilin bolidinə görə MCL60-a yeniliklər gətirməyə davam edir.

Onlar bu həftəsonu da bəzi yeniliklərlə gəliblər və Lando Norris cümə sərbəst yürüşlərini zirvədə tamamlayıb.

Zek Braun: “Bu həftəsonu üçün yeni arxa qanad hazırladıq. Bunu birinci sərbəst yürüşlərdə Oskarın maşınına qoyduq və beləliklə, qanadın iki versiyasını da müqayisə etdik. Məlumatlar topladıq və hər şey qaydasında idi.

Tras getdikcə kauçuk təbəqəsi ilə örtülür. Görək nə olur. Bu həftəsonu rəqabətədavamlı ola bilərik. Əvvəlki 3-4 yarışdan yaxşı nəticələrlə ayrılmışdıq. Biz də daxil olmaqla əksər komandalar yeniliklər gətirməyə davam edir. Bu proses Formula1-də həmişə davam edir.

Bir onu deyə bilərəm ki, artıq biz də mübarizənin içindəyik.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*