F-1.az bildirir ki, McLaren komandası sponsoru OKX ilə birlikdə yeni layihə üzərində işləyir və buna görə də Britaniya təmsilçisi yeni rəng çalarına keçib. Sinqapur və Yaponiyada istifadə ediləcək bu rəng çalarında qara rəngli hissələrin əksəriyyətini narıncı rəng əvəz edib.
McLaren komandası bildirib ki, bunu etməkdə səbəb komandanın 60-cı ildönümünü qeyd etməkdir.
Xatırladaq ki, McLaren komandası daha əvvəl Monako və İspaniyada “Üçlü Tac” uğuruna diqqəti cəlb etmək üçün rəng çalarını dəyişmişdi. Onlar bundan başqa Britaniyada Xrom rəngin ön planda olduğu maşınla yarışmışdılar.
McLaren-in rəhbəri Zek Braun: “OKX ilə olan tərəfdaşlığımız getdikcə daha da güclənir və bu inanılmaz rəng çalarını qeyd etmək gözəldir.
Stealth Mode (komandanın yeni rəng çalarının adı) maşınımızın rəng çalarını dəyişərək, Sinqapur və Yaponiyadakı yarışlara həyəcan və fərqlilik qatacaq”.
Qeyd edək ki, McLaren yarışlarda rəng çalarını dəyişməyə hazırlaşan yeganə komanda deyil.
Williams komandası da Gulf-la olan tərəfdaşlığa görə bir neçə dəfə rəng çalarını dəyişib. Williams yeni rəng çalarını Sinqapurdan başqa Yaponiya və Qətərdə də istifadə edəcək.