F-1.az xəbər verir ki, əvvəldən əməkdaşlıq edən McLaren komandası və Jack Daniel’s çox maraqlı bir iş birliyinə başlayırlar – tərəflər birlikdə viski istehsal edirlər. Bu, məhdud sayda buraxılış olacaq.
İçkinin şüşəsi papayanın tanınan rənglərinə boyanıb, brendlərin yaradıcılarına – Bryuz McLaren və Cek Danielə həsr olunmuş fərdi etiket və qablaşdırmaya malikdir. Məhdud buraxılışlı McLaren Racing şüşəsi 2023-cü ilin aprelindən etibarən seçilmiş Formula1 bazarlarında satışa çıxarılacaq…