McLaren və Honda yollarını ayırır?

McLaren Group-un rəhbəri Zek Braun bildirib ki, Honda ilə tərəfdaşlığı bitirməyə yaxındırlar.

F-1.az xatırladır ki, McLaren və Honda 2015-ci ildən tərəfdaşlığa başladıqdan sonra britaniyalılar qara zolağa düşüblər. Formula1-in ən titullu 3-cü komandası 2015-ci ildən bəri podiuma yüksələ bilməyib və ən yaxşı nəticəsi 5-cilikdir. Bu il isə 6 yarışdan sonra McLaren xal qazana bilməyən yeganə komandadır.

Zek Braun: “Seçimlərimiz barədə danışmaq istəmirəm. Honda ilə Dünya Çempionu olmaq istəsək də, bəzi şeyləri düşünüb, bunun mümkün və ya mümkünsüz olduğunu bilməliyik. Çox narahatıq. Bizi hədəflərimizə çatdırmayan yeniliklər olub. Amma artıq son həddəyik. Səbrimiz qalmayıb.

Hər şey tezliklə məlum olacaq. 90 gün ərzində qərar verəcəyik. Qərarımıza təsir edəcək minlərlə şey var. Hansı tərəfə gedəcəyimizi bilməliyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*