McLaren və Honda maşının rəngini müzakirə edirlər

Artıq bir neçə ildir şayiələr gəzir ki, McLaren komandası keçən əsrin 70-ci illərində istifadə etdiyi narıncı rənginə qayıda bilər. Bəziləri […]

Artıq bir neçə ildir şayiələr gəzir ki, McLaren komandası keçən əsrin 70-ci illərində istifadə etdiyi narıncı rənginə qayıda bilər.

Bəziləri əmin idilər ki, Vodafone şirkəti komandanı tərk etdikdən sonra maşınlar bu rəngə boyanacaq, çünki şirkət getdikdən sonra maşınların üzərində qırmızı zolaqlar da silinmişdi. Bu gün İspaniyanın El Mundo Deportivo qəzeti yazıb ki, gələcək maşının rəngi komandanın yeni tərəfdaşı Honda ilə müzakirə olunur.

F-1.az qəzetə istinadən bildirir ki, Honda maşının rənginin dəyişdirilməsini istəyir, çünki gümüşü rəng Mercedes-i xatırladır. Bir neçə variant nəzərdən keçirilir: tam narıncı rəng, tam ağ rəng – həm McLaren-in, həm də Honda-nın ilk maşınları tam ağ olub, ağ və qırmızının qarışığı – bu rəng altında əfsanəvi McLaren Honda cütlüyü tarixə imza atıb. Əlbəttə, çox şey komandanın yeni titul sponsorundan asılı olacaq, əgər belə bir sponsor tapılarsa, onda artıq üç tərəfi qane edəcək rəng çaları seçiləcək…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*