McLaren və Coca-Cola uzunmüddətli tərəfdaşlığa hazırlaşırlar?

McLaren-in rəhbəri Zek Braun uzunmüddətli sponsorluq müqaviləsi üçün Coca-Cola ilə danışıqlar aparır.

F-1.az xatırladır ki, iki şirkət 2018-ci il mövsümünün son 3 yarışında tərəfdaşlıq etmişdi.

Zek Braun: “Coca-Cola ilə müqavilə mükəmməl idi. Onlar üçün çox faydalı oldu. Bu sponsorluq onlara xeyir verdi və McLaren markasının onlara xeyirli olduğunu görmək əladır. Bu tərəfdaşlıq həm Formula1, həm də Coca-Cola üçün yaxşı oldu. Coca-Cola kimi anlayışlı, təcrübəli və təkmilləşmiş şirkət azdır. Onlar mövsümün sonunda gəldilər və gördükləri işdən qürur duymalıdırlar. Buna görə də iki şirkətin uzunmüddətli müqaviləsi üçün danışıqlar aparırıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*